Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb

Bərdə rayonunun Kələntərli kəndindən Vətən müharibəsi qazisi Əhlimanzadə Əhliman ailəsindən redaksiyamıza şikayət daxil olub.

Əhliman 2019-cu ilin oktyabrında hərbi xidmətə çağrılıb, Murov dağında xidmətdə olub. Müharibə zamanı Cəbrayıl şəhərinin azad edilməsi uğrunda döyüşlərdə ağır yaralanıb. Başından, ayağından qəlpə və güllə yaraları alıb. Sol ayağı işləmir. Başındakı qəlpəyə görə ağrıları başlayanda danışıq qabiliyyətini itirir. Böyrəklərindən biri də yararsız vəziyyətə düşüb.

Əhliman Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, Papanində hərbi hospitalda müalicə alıb evə buraxılsa da, hospitala yoxlanmağa gedir və müalicəsi hələ davam edir.

“Həkimlər müayinə edirlər, dava dərman yazırlar. Amma almağa imkanımız yoxdu. Atam dərmanlarımı ala bilmək üçün pensiya kartını qoyub, 1000 manat kredit götürüb. Maddi durumumuz ağırdır. Atam özü də 1-ci Qarabağ müharibəsi veteranıdır, 80 manat pensiya alır”.

Qazimiz bildirib ki, Bərdə rayon İcra Hakimiyyətindən onlara bir dəfə ərzaq yardımı göndərilib. Başqa maraqlanan olmayıb. Ailənin qaz sayğacına 700 manat cərimə gəlib və qazlarını kəsiblər.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti, “Azəriqaz” və Bərdədən deputat seçilmiş Zahid Orucun köməkçisi ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən zəngimizə cavab verilmədi.

“Azəriqaz”problemin araşdırılacağını bildirdi. Zahid Orucun da qazimizin probleminə laqeyd qalmayacağına ümid edirik.

Bu gün müharibə bitsə, də diplomatik arenada savaş davam edir. Düşmən yatmayıb və yenindən müharibə təhdidlərindədir. Hər zaman qaniçən bir düşmənlə qonşuluğa məhkum xalq kimi müharibə veteranlarımızın, qazilərimizin, şəhidlərimizin ailələri, sosial problemləri diqqətdə saxlanılmalıdır ki, xalq dövlətdən incik düşməsin. Yenidən savaş təbilləri çalınarsa, oğullar döyüşə ürəklə gedə bilsinlər.Onları düşünənlərin olacağına əminlikləri olsun.Unutmayaq ki, şəhid və qazilərimizin 90 faizinin ailələri maddi cəhətdən çətinlik çəkən, imkasız ailələrdir. Bu yaralanan, əlini, qolunu, gözünü, sağlamlığını itirən oğullar o ailələrinin ümid yeri,qazanc gətirəni olacaqdılar.Qazilərimizi ailələrinin yükünə çevirməmək, əl üstüdə tutmaq qalib millət olaraq borcumuzdur.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »