Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək

Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçirilməsinə başlanılıb.

Bizimyol.info xəbər verir ki, bu gün - yanvarın 18-də isə Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək.

İclasın gündəliyinə isə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »