Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İndoneziyada baş vermiş təbii fəlakət qurbanlarının sayı 96-ya çatıb
Türkiyədə zəlzələdə 4 nəfər ölüb, 120 nəfər yaralanıb

İndoneziyanın Qərbi Sulavesi və Cənubi Kalimantan əyalətlərində baş vermiş zəlzələ və daşqınlar nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Sinhua” agentliyi İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.

Qərbi Sulavesi əyalətində baş verən 6,2 bal gücündə zəlzələ və 5,9 bal gücündə təkrar təkanlar nəticəsində ümumilikdə 81 nəfər ölüb. Agentliyin nümayəndəsi Raditya Catinin sözlərinə görə, yanvarın 14-də güclü yağışların yaratdığı daşqınlar Cənubi Kalimantan əyalətində 15 nəfərin ölümünə səbəb olub.

Vilayət rəhbərliyi tərəfindən fəlakət bölgələrindən təxminən 70 min insan təxliyə olunub. Qərbi Sulavesidə zəlzələ 1000-dən çox yaşayış binasını dağıdıb. Vilayətdə xilasetmə işləri hazırda da davam edir.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Koronavirusa yoluxma sayının artmasını böyütməyək" - Professor
Son xəbərlər
Bütün xəbərlər »