Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Evdən vacib sənədlər necə yoxa çıxıb... - Tramp yenə təəccübləndirdi
Donald Tramp

ABŞ-ın hazırkı prezidenti Donald Tramp sənədlərin qorunub saxlanılmasına dair qanunvericiliyi qulaqardına vurmaqla öz prezidentliyi dövrü üçün bir çox boşluqlar buraxıb gedəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yazıb. Məsələ ondadır ki, Trampın fəaliyyəti ilə bağlı bir çox sənədlər yoxa çıxıb.

Ağ Ev, Vaşonqton, ABŞ Ağ Ev, Vaşonqton, ABŞ

Nəşr yazır ki, Trampın “sənədləri cırıb kənara tullamaq kimi bir vərdişə” sahib olması çoxsaylı problemlərə səbəb olacaq. Onun bu xasiyyəti ucbatından kağızlarla işləyən Ağ Ev əməkdaşları sonradan cırılmış sənədləri toplayıb yapışdırmağa saatlarla vaxt itirməli olurmuşlar.

Agentliyin bildirdiyinə görə, Ağ Evdəki sənədlərin pis qorunması nəticəsində "Trampın prezidentliyi dövrü üçün bir informasiya boşluğun yaranacağı" ilə bağlı narahatlıqlar artmaqdadır.

Dəliqanlı davranışı ilə seçilən Tramp sənədləri cırıb atmaqla kifayətlənmirmiş. Bəzən o, müəyyən sənədləri özü ilə götürürmüş və sonradan həmin sənədlər it-bata düşürmüş. Məsələn, onlardan biri Trampın tərcüməçisinin qeydləridir. ABŞ prezidenti 2017-ci ildə Almaniyanın Hamburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra da belə bir hərəkətə yol verib. O, görüşdən dərhal sonra orada iştirak edən bir tərcüməçinin apardığı yazılı qeydləri onun "əlindən alıb". Bildirildiyinə görə, həmin sənəd sonradan tapılmayıb.

Donald Tramp və Vladimir Putin Donald Tramp və Vladimir Putin

Problem təkcə Trampın prezidentlik dövü ilə bağlı informasiya boşluqlarından getmir, həmçinin həmin sənədlərin arzuolunmaz şəxslərin əlinə düşməsi təhlükəsindən də gedir. Məsələ ondadır ki, Trampın bağlı qapılar arxasında apardığı danışıqlarla bağlı sənədlərin də arasından əhəmiyyətli bir hissə yoxa çıxıb.

Agentliyin yazdığına görə, Trampın işçiləri şəxsi elektron poçt və mesajlaşma tətbiqlərindən də istifadə ediblər. Medianın yazdığına görə, Ağ Evin keçmiş məsləhətçisi Don Makqan 2017-ci ilin fevralında işçilərə bu kimi şübhəli tətbiqlərdən imtina etmək və ya materialları ekran görüntüləri (skrinşotlar) çəkərək saxlamaq barədə  tapşırıq verib.

Amma mətbuat yazır ki, bununla belə, vəzifəli şəxslərin işinin şəffaflığını təmin edən təşkilatlar ekran görüntülərinin məlumatları tam şəkildə çatdıra bilməyəcəyini düşünürlər.

"Associated Press"-in araşdırmasına görə, Trampın sənədlərin qorunub saxlanmasını tələb edən qanunu kobud şəkildə pozması onun üçün hər hansı arzuolunmaz bir nəticəyə gətirib çıxarmayacaq. Qanunda deyilir ki, prezident milli arxiv məmurundan məsləhət almadan və ya Konqresi xəbərdar etmədən yazılı qeydləri məhv edə bilməz, lakin prezidentin arxiv məmurunun tövsiyəsinə əməl etməmək kimi bir hüququ var.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Martın 7-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »