Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağdat Amreyev: "Ağdam əvvəlki şöhrətini dirçəldəcək"
Ağdam şəhəri Ermənistanın işğalından sonra

"İşğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılması və azad edilməsini 30 il gözlədilər".

"Report" xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi Bağdat Amreyev deyib.

"Bu, yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk ölkələri üçün çox böyük bir qələbədir. Həmin səbəbdən bütün qardaş türk xalqları qələbəni bu cür qəbul etdilər. Bu gün dağılmış Ağdamı ziyarət etdik. Aydın idi ki, bu şəhər öz sahiblərini gözləyir.

Ağdam əvvəllər firavan idi, əminəm ki, torpaqlar azad edildikdən sonra azərbaycanlılar bu yerlərin əvvəlki şöhrətini canlandıraraq buraya qayıdacaqlar. Bu gün burada olduğumuza və bütün bunları öz gözlərimizlə gördüyümüzə görə çox şadıq", - o deyib.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
››› İcra başçısının bacısı oğlu həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »