Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir

Rusiya yanvarın 27-dən Finlandiya, Vyetnam, Hindistan və Qətərə hava reyslərini bərpa edəcək.

Həftədə iki dəfə Moskvadan Hanoy, Dehli, Helsinki və üç dəfə Dohaya uçuşlar nəzərdə tutulub.

Bundan əlavə, Sankt-Peterburqdan Helsinkiyə daha iki reysin həyata keçirilməsi planlaşdırılır.

Qərar əvvəllər müəyyən edilmiş meyarlara əsasən verilib: ölkədə 14 gün ərzində hər 100 min nəfərə düşən koronavirus xəstələrinin sayı 40-ı keçməməlidir.

Xatırladaq ki, hazırda Rusiyadan Türkiyə, Tanzaniya, İsveçrə, Misir, BƏƏ, Belarus, Qırğızıstan, Qazaxıstan, Serbiya, Cənubi Koreya, Yaponiya, Kuba, Efiopiya, Seyşel adaları və bəzi digər ölkələrə uçmağa icazə verilir.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »