Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağstafada iki avtomobil toqquşub, ölən var
Ağstafada iki avtomobil toqquşub, ölən var

Ağstafada iki avtomobil toqquşub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunun Köçvəlili kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan, 1986-cı il təvəllüdlü İsrafilov Ələsgər Əyyub oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər
Bütün xəbərlər »