Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əczaçılıq məhsulları Azərbaycanın ən çox idxal etdiyi beşinci məhsuldur
Gömrük Komitəsi

2020-ci ildə Azərbaycana 22,7 min ton əczaçılıq məhsulu idxal edilib. Bu məhsulların ümumi idxal dəyəri 377,1 milyon dollar olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2019-cu illə müqayisədə ötən il idxal olunan əczaçılıq məhsullarının həcmi 37,2 faiz artıb. Bu məhsulların idxal dəyəri isə əvvəlki illə müqayisədə 80,6 milyon dollar və ya 27,2 faiz çoxdur.

Bu məhsulların ümumi idxalda payı 3,5 faiz təşkil edib və 2020-ci ildə Azərbaycanın ən çox idxal etdiyi 5-ci məhsul növü olub.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildə 296,5 milyon dollar dəyərində 16,5 min ton əczaçılıq məhsulları idxal edib.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »