Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumatı DHA yayıb.

R.T.Ərdoğan telefon danışığında Azərbaycanın haqlı davasında böyük mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin bölgədə sülh və sabitlik üçün yeni imkanlar yaratdığını deyib. O, Türkiyənin bu yeni dönəmdə Azərbaycana bütün sahələrdə töhfə və dəstək verəcəyini vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa və yenidənqurma fəaliyyətlərinin başlamasından məmnunluq hissi duyduğunu söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »