Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
"Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər

"Azərişıq" ASC Şuşa ilə bağlı paylaşım edib.

Paylaşımda işağldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələrin işıqlandırılması göstərilib.

Qeyd  edək ki, ötən gün prezident İlham Əliyevin Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirimişdi.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoydular. Məhz müzəffər ordumuzun düşməni qovması nəticəsinsə 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi.

Son xəbərlər
Bütün xəbərlər »