Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
Nikol Paşinyanın xanımı Anna Akopyan

Ermənistanda ortaya çıxan fotoşəkillərdən sonra ordu üçün geyimlərin harada istehsal olunduğu barədə suallar ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, hərbi geyimlərdən bir qisminin üzərində Türkiyə istehsalı olması barədə etiket aşkarlanıb. Bununla bağlı fotoşəkillər sosial şəbəkələrə çıxandan sonra ictimai təşvişə səbəb olub. Uzağa gedən şərhlərdə hətta Ermənistan ordusunun Türkiyənin nəzarətində olması barədə iddialar irəli sürülüb. Qalmaqal böyüyəndən sonra ölkənin Müdafiə Nazirliyi açıqlama ilə çıxış etməli olub.

Nazirlik bildirib ki, Ermənistan formasının "Türkiyə istehsalı" qeydi ilə sosial şəbəkələrdə və telegram kanallarında yayılmış fotoşəkillərinin Ermənistan Müdafiə Nazirliyi ilə hər hansı qəlaqəsi yoxdur: "Ermənistanın hərbi geyimləri yalnız Ermənistanda tikilir". Təbii ki, bu açıqlama cəmiyyəti sakitləşdirməyib.

Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi

Ermənistanda sosial mediada yayılan fotolarda "Made in Turkey" etiketi görünür. Yerli mətbuat məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib və oradan bildirilib ki, onların balansında olan geyim formaları yalnız Ermənistan istehsalıdır. "O zaman bu geyim formaları haradan peyda olub?" sualına cavab verən nazirlik təmsilçisi bildirib ki, "bu forma böyük ehtimalla özəl sahibkarlar tərəfindən idxal edilib və Müdafiə Nazirliyi ilə hər hansı əlaqəsi yoxdur.

Amma sosial şəbəkələrdə sualların ardı gəlməyə başlayıb: Türkiyədə Ermənistan hərbi geyimlərinin istehsalı kimə lazımdır? Bu geyim Türkiyədə nə dərəcədə populyardır ki, istehsal edib satışa çıxarsınlar?

Sosial media istifadəçilərinin gəldiyi nəticə bundan ibarətdir ki, Ermənistan Müdafiə Nazirliyi Türkiyədə hansısa özəl biznes subyektlərinə sifarişlər verib və ola bilsin, hansısa məhsul partiyasına texniki olaraq belə etiketlər yapışdırılıb.

Qeyd edək ki, son günlər Ermənistanda Azərbaycan və Türkiyə ilə bağlı həyəcanlı fotolar və iddialar ortaya çıxır. Dünən yayılmış fotoşəkillərdə Azərbaycana məxsus hərbi geyimdə 4 şəxs İrəvanda supermarketdə alış-veriş edərkən qeydə alınıb. Həmin şəxsləri Müdafiə Nazirliyinin nümayəndələri müşayiət edirmiş. Qalmaqal böyüyəndən sonra hökumət təmsilçisi açıqlama verərək həmin şəxslərin İrandan gəlmiş nümayəndə heyəti olduğunu bildirib.

Azərbaycanlılar olduğu deyilən şəxslər İrəvanda supermarketdə Azərbaycanlılar olduğu deyilən şəxslər İrəvanda supermarketdə

Amma cəmiyyətdə şübhələr yenə də qalıb - bir çoxları əminliklə iddia ediblər ki, bu geyim İrana deyil, Azərbaycana məxsusdur.

Paylaş »
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
››› Paşinyanı qoruyan snayperlər telekanalın kamerasına düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »