Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cavad Zərif: “Trampsız dünya daha gözəl olacaq”
Cavad Zərif: “Trampsız dünya daha gözəl olacaq”

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif səlahiyyət müddəti bir neçə gün sonra bitən ABŞ Prezidenti Donald Tramp haqqında mühüm açıqlamalar verib.

Zərif sosial media hesabındakı paylaşımında “Tramp administrasiyası olmayan bir dünya daha gözəl olacaq”,- o qeyd edib.

Trampın prezidentliyi dövründə insanlığa böyük ziyan vurduğunu ifadə edən XİN rəhbəri “Tramp hökumətinin insanlığa verdiyi zərər bu administrasiyadakı radikalların gözündə hələ də yetərli deyil”,- deyə sözlərinə əlavə edib.

Nazir daha sonra husilərin terror təşkilatları siyahısına salınmasına etiraz edərək bununla Yəməndə sülh addımlarına zərər vurulduğunu qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »