Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaqut Qarayeva: “Hər kəs vaksinasiyaya çox ciddi yanaşmalıdır”
Yaqut Qarayeva

“Hər kəs özünə sual verəcək ki, mən niyə bu peyvəndi vurdurmalıyam? Hamımız iyun ayında xəstəliyin birinci artımı olanda düşünürükdük ki, açılışa getdikdən sonra hamı xəstələndi, yoluxdu, hər kəsdə immunitet yarandı və bitdi. Amma oktyabr-noyabr aylarında gördük ki, bu heç də belə deyil. Ölkəmizdə bu günə qədər qeydiyyata düşmüş nəticəsi pozitiv olanların sayını elə-belə demədim. Yəni bu sadəcə 226 minin üstündə olan bir rəqəmdir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, yoluxmanın qarşısını almaq üçün hər kəs öz məsuliyyətini dərk etməlidir: "Strategiyanı açıqlayanda biz uşaqları, gəncləri qeyd etmədik. Çünki bizim hədəflərimiz onlar deyil. Hədəflərimiz yaşlılar, xroniki xəstəlikləri olanlar və bir il ərzində gördüyümüz kimi kimlər xəstəliyi ağır keçirir, sosial olaraq kimlər daha çox riskdədir və sairdir. Biz çoxlu sayda tibb işçilərimizi, həkimlərimizi itirdik. Ona görə də strategiyamızı həm dünya təcrübəsinin üzərində, həm də həm də öz təcrübəmizin üzərində qurmağa çalışdıq. Hər kəs vaksinasiyaya çox ciddi yanaşmalıdır”.(apa)

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür
Son xəbərlər
Bütün xəbərlər »