Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Gənclərimiz həm bu günümüzün, həm gələcəyimizin qurucularıdırlar
İlham Əliyev Şuşada

Dövlət başçısının Şuşaya dünənki zəfər yürüşü hər bir azərbaycanlının diqqətində oldu. İlham Əliyev bu səfəri zamanı cəmiyyətə önəmli mesajlar verdi.Torpaqlarımızın azad edilməsində Azərbaycan gəncliyinin xüsusi rol oynadığını söyləyən prezident qələbəmizin qurucularından fərlə danışdı:

“Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”.

Arzu Nağıyev Arzu Nağıyev

İlham Əliyevin səfəri barədə Bizimyol.info-ya danışan deputat Arzu Nağıyev bildirdi ki, dövlət başçısı öz fikirlərində tamamilə haqlıdır.

“Biz hər zaman gənclər bizim gələcəyimizdir deyirdik. Bu günkü Azərbaycan gəncliyi həm gələcəyimizin qurucuları oldular, həm də bu günümüzün. Belə ki, məhz Azərbaycan gəncliyinin vətən sevgisi, azadlıq ruhu, cəsurluğu, Ali Baş Komandana inamı və etimadı nəticəsində Vətən savaşında müsilsiz şücaətlər göstərildi, Qarabağımız azad edildi. Qarabağın işğalda qalması hər bir azərbaycanlının ürəyində sızıltı kimi qalmışdı, Azərbaycan gəncləri, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməklə bizim tariximizə şanlı bir səhifə yazdılar. İlham Əliyev hələ 2017-c ildə Azadlıq meydanında keçirilən paradda bildirmidi ki, vaxt gələcək Şuşaya sancılan bayraq bu meydana qələbə bayrağı kimi gətiriləcək”. Bu uzaq görən plan öz təsdiqini tapdı və biz bu arzunun reallaşdığını gördük. Bu böyük siyasi iradənin, siyasi gücün nəticəsiydi”- deyən deputat Qarabağda aparılacaq abadlaşdırma işləri barədə də danışıb.

“Qarabağın azad edilməsi ilk növbədə, regiona, o cümlədən Türk dünyasına sabitlik, sülh və təhlükəsizlik gətirəcək: “Bütün dövrlərdə davamlı iqtisadi inkişafın təməlində məhz bu amil dayanıb. Siyasi cəhətdən sabit, iqtisadi cəhətdən dayanıqlı və təhlükəsiz olan Azərbaycan regionda daha da güclənəcək və daha cəlbedici tərəfdaşa çevriləcək. Bura yolların tikintisi, elektrik enerjisi və qaz təchizatının bərpası, su və kanalizasiya sistemlərinin qurulması, telekommunikasiya sistemlərinin bərpası, dağılmış sosial infrastrukturun yenidən qurulması, o cümlədən məktəblər, uşaq bağçaları, tibb məntəqələri, habelə inzibati obyektlərin tikintisi daxildir. Bu, həm Azərbaycan, həm də dost ölkələrin tikinti və təchizatla məşğul olan rəqabətli biznes strukturlarına yeni imkanlar yaradacaq. Bütün bunların reallaşması üçün də yenə Azərbaycan gəncliyinin gücünə, intellektinə ehtiyac var.Biz dövlət başçısının idarəsi altında azad və abad Azərbaycanmızı gələcək nəsillərimizə töhfə verəcəyik”.

İlhamə

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etdi
››› İdman Akademiyasının tələbəsi intihar edib
Son xəbərlər
Bütün xəbərlər »