Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB: Xəstəxanalarda və reanimasiyada çarpayı yeri xeyli boşalıb
Yaqut Qarayeva

“Bizim mübarizəmiz davam edir. Bu günədək dünyada koronavirusa yoluxanların sayı 94 milyon nəfəri ötüb, 2 milyondan çox insan ölüb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva deyib ki, sərtləşdirilmiş karantin rejimindən əvvəl, 14-20 dekabr tarixlərində 26 min 214 nəfər, 4 -10 yanvar tarixlərində 4 min 386 nəfər koronavirusa yoluxub: “Artıq sağalanların da sayı yoluxanların sayından 3-4 dəfə çoxdur. Nəticədə xəstəxanalarda və reanimasiyada çarpayıların yeri xeyli boşalıb. 14 dekabr tarixində yoluxma əmsalı 31 faizə çatmışdı və bu, çox böyük rəqəm idi. Bu gün isə yoluxma əmsalı 5 faizə qədər enib. Bu, sərtləşdirilmiş karantin rejimi və vətəndaşların qaydalara daha çox riayət etməsi ilə bağlıdır. Vətəndaşlar maskadan daha çox istifadə edirlər”.

Qeyd edək ki, yoluxma əmsalı aparılan testlər zamanı aşkarlanan yoluxma hallarının testlərin sayına nisbətidir.(apa)

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etdi
››› Paşinyanın Yerevanda daha bir layihəsi: baş tutacaqmı?
Son xəbərlər
Bütün xəbərlər »