Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo “Real”ı tərk edə bilər
“Real”ın hücumçusu Kriştianu Ronaldo klubunu dəyişmək fikrinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Marca” nəşri ulduz futbolçunun 14.7 milyon avro vergidən yayınmaq ittihamından təsirləndiyini yazır. Mənbənin məlumatına görə, Ronaldo “Real”ın prezidenti Florentino Perezə qərarını çatdırıb. İspaniya qrandı onun meydandan kənar təzyiqlərin öhdəsindən gəlmək üçün vaxta ehtiyacı olduğunu düşünür. İş Ronaldonun transferə çıxarılmasına qədər gedib çıxsa, qiyməti rəhbərlik müəyyən edəcək. Portuqaliyalı qolyadora 400 milyon avro qiymət qoyulacağı ehtimal olunur. “Marca” qeyd edir ki, Ronaldo İspaniyadan gedəcəyi halda “Mançester Yunayted” və ya PSJ-ni seçə bilər.

Ronaldo, son olaraq 2011-14-cü illərdə vergidən yayınmaq ittihamı ilə üzləşib. Ümumilikdə ulduz futbolçu 4 vergi cinayətində təqsirləndirilir.

Son xəbərlər
Bütün xəbərlər »