Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşma imzalamağı nəzərdə tuturuq...”
“Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşma imzalamağı nəzərdə tuturuq...”

Xəbər verildiyi kimi iki gün əvvəl İslamabadda üç müttəfiq və qardaş ölkə-Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirləri arasında üçtərəfli görüş olub. Bu səfərdən Ankaraya geri dönərkən Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu təyyarədə onu müşaiyət edən jurnalistlərin suallarına cavab verib. O cümlədən Qarabağda Rusiya ilə birgə sülhməramlı fəaliyyət və atəşkəsə nəzarət barədə danışıb.

“Azərtac”ın Ankara müxbiri xəbər verir ki, Çavuşoğlu jurnalistlərlə söhbətində Rusiya sülhməramlılarının statusu barədə anlaşma əldə etməyə çalışdıqlarını da deyib. “Ehtiyac olarsa, gələcəkdə Azərbaycanla ikitərəfli anlaşma imzalayıb ona lazım olan dəstəyi hər zaman verəcəyik. Bundan başqa, biz Qarabağdakı rus sülhməramlılarının statusu ilə bağlı Rusiya ilə anlaşma imzalamağı da nəzərdə tuturuq”,-Türkiyə xarici işlər naziri bildirib.

“Sabah” qəzetinin xəbərinə görə isə Mevlüt Çavuşoğlu ayrıca olaraq Laçın dəhlizi ilə bağlı bəzi məqamlara toxunub: “Əsas məsələ rusların Laçın dəhlizində gediş-gəlişə icazə verilməsindəki roludur. Bunun icazəsi Azərbaycandan alınmalıdır. Əgər sabah hər hansı status quo tanınsa belə, bu, Azərbaycanın sərhədləri daxilində olacaqdır. Buna görə də bunların Azərbaycanın icazəsi olmadan edilməməsi lazımdır”.

Mevlüt Çavuşoğlu deyib ki, Türkiyə Qarabağda atəşkəsə riayət olunmasını daim izləyəcək. Çavuşoğlu bunu da xatırladıb ki, 44 günlük müharibənin ardınca imzalanmış üçtərəfli bəyanatda Dağlıq Qarabağın Azərbayacana aid olduğu qeyd edilib.

Son xəbərlər
Bütün xəbərlər »