Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada daha doqquz məscid bağlanıb
Fransada daha doqquz məscid bağlanıb

Fransa daxili işlər naziri Cerald Darmanin izlənməsini tələb etdiyi 18 ibadət məkanından doqquzununun bağlandığını açıqlayıb.

Nazir tvitter hesabında Prezident Emmanuel Makron və Baş nazir Cin Kasteksin təlimatları çərçivəsində ölkədə “İslami ayrı-seçkilik”lə mübarizə adı altında hökumətin məqsədyönlü addımlar atdığını bəyan edib.

“İzlənməsini istədiyim 18 məsciddən doqquzu bağlandı”, - DİN rəhbəri vurğulayıb.

Bundan əlavə, “Le Figaro”nun yazdığına görə, bağlanılan məscid sayı daxili işlər nazirini qane etməyib.

Nəşr yazır ki, C.Darmanin yeni ildən öncə müşavirə keçirib və müşavirədə bu məsələdə qərarlı olmağı tələb edib.

Ölkədə 89 məscidin dövlət tərəfindən izləndiyi qeyd olunur.(qafqazinfo)

Son xəbərlər
Bütün xəbərlər »