Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 16 yanvar, 2021
Günün ulduz falı: 16 yanvar, 2021

Bizimyol.info qoroskop həvəskarlarına 16 yanvar, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Ümumən, uğurlu bir gündür. Ünsiyyət üçün yaxşı gün olacaq. Əvvəllər yola getməyən insanlar da ümumi dil tapa bilərlər. Əgər fikir ayrılıqları yaranarsa, tərəflərdən biri mütləq güzəştə getməyə hazır olacaq. Əvvəllər yalnız dostluq və ya işgüzar münasibətlərdə olanlar arasında romantik ünsiyyət baş tuta bilər.

Qoç bürcü Qoç bürcü

Qoç - Bir dəqiqə itirmədən günün səmərəli keçməsi üçün əlinizdən gələni edəcəksiniz. Bir yerdə dayanmaq istəməyəcəksiniz, hətta istirahət zamanı da faydalı bir iş barədə düşünəcəksiniz. Yeni bir şey öyrənmək, lazımlı ola biləcək yeni təcrübə qazanmaq üçün hər cür fürsət olacaq - gün öz taleyinizi özünüzə həvalə edəcək.

Günortadan sonra ünsiyyət qurmaq yaxşıdır. Bu, müxtəlif insanlara xahiş və istəklərinizlə müraciət edə biləcəyiniz vaxtdır.

Yeni tərəfdaşlar qazana bilərsiniz. Dostluq və ya romantik münasibətlərə başlamağınız da mümkündür. Hər ikisi də sizi sevindirən ahəngdar bir atmosferdə inkişaf edəcək.

Buğa - Çox əsəbi, stressli bir gün ola bilər. Uğura nail olmaq mümkündür, amma rahatlıqla alınmayacaq. Mübarizə aparmalısınız, bəzən də çox güclü rəqiblərlə. Öz gücünüz həmişə yetərli deyil və tərəfdaş seçimində diqqətli olmalısınız. Sevdikləriniz sizə çox inanırlar, çalışın onları qırmayın.

Maddi işlərinizdə nizam-intizamın qorunması vacibdir. Burada səhlənkarlıq bəlaya çevrilə bilər. Alış-verişə və ya işgüzar layihələrə investisiya qoymağa vaxt ayırın. Təəssüf ki, belə məsələlərdə səhv etmək asandır. Soyuqqanlı hesablamalar aparmağa çalışın.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər - Sakit olmağa çalışın. Bu gün həmişəkindən daha çətin olacaq, çünki emosional fon əlverişli deyil, əhvalınız tez-tez dəyişə bilər. Keçici hisslərin gələcəyiniz üçün vacib anlarda qərarlarınıza təsir etmədiyini dəqiqləşdirin. Hər bir addımı düşünməyə dəyər.

Adi gündəlik işlərlə məşğul olun. Yeni bir təcrübə qazanmaq asan olmayacaq. Yeniliklər üçün yaxşı gün deyil, amma uğura əmin olduğunuz halda belə addımlara qərar verə bilərsiniz.

Köhnə tanışlar məmnuniyyətlə sizə dəstək olacaqlar və sizə yaxşı məsləhətlər verəcəklər.

Xərçəng - Çox da məhsuldar bir gün deyil. Bir çox cəhdləriniz uğursuz olacaq; buna görə bir qədər üzüləcəksiniz, çünki böyük ümidlər bəslədiyiniz bəziləri etimadınızı doğrultmayacaqlar.

Bundan əlavə, xırda problemlər sizi hər zamankından daha çox əsəbiləşirəcək və hissləriniz başladığınız işləri başa çatdırmaq üçün diqqətinizi cəmləməyinizə mane olacaq. Sonradan daha inadkar olmadığınıza görə peşman ola bilərsiniz.

Mübahisələrdən qaçmağa çalışın; bu gün başqaları ilə yaxşı münasibətlər qurmaq üçün səy göstərin, əks halda sonradan səbrsiz olduğunuza görə məyusluq yaşaya bilərsiniz. Sevdiklərinizə qarşı xüsusilə həssas olun, iradlarınız onları incidə bilər.

Şir bürcü Şir bürcü

Şir - İşgüzar sahədə yaxşılığa doğru dəyişikliklər vəd edən uğurlu bir gündür. Təşkilati məsələləri həll etmək, gələcək planlar barədə uğurlu qərarlar vermək fürsəti qazanacaqsınız. Hansı tərəfə getməli olduğunuz, karyeranızı cəlbedici görünən istiqamətdə inkişaf etdirmək üçün nə etməli olduğunuzu başa düşəcəyiniz və qərar verəcəyiniz gün var qarşınızda.

Şəxsi həyat arxa plana keçəcək. Amma amma sevdikləriniz indi ünsiyyət üçün kifayət qədər vaxtınız olmadığını anlayacaqlar və sizə dəstək olmağa çalışacaqlar. Günortadan sonra sizin üçün böyük təəssürat yaradacaq gözlənilməz görüşlər mümkündür.

Qız - Duyğularınızı cilovlamaq çətin olacaq. Özünüzə nəzarət etməli olduğunuz situasiyalarda özünüzdən çıxa bilərsiniz, təxribatlara uyunmağınız mümkündür. Sonradan peşman olacağınız sözləri deyə və hərəkətlər edə bilərsiniz. Ona görə də hisslərinizi bir kənara qoyub ağlınızla düşünməyə çalışın, hər addımdan əvvəl diqqətlə götür-qoy edin. Hər dəfə özünüzə "dəyərmi?" sualını verin.

Pulla bağlı qərarlar verməyə tələsməyin. Hər şey ilk baxışdan göründüyü kimi deyil; özünüz də səhv edə bilərsiniz və başqalarına da zərər verməyiniz mümkündür.

Gün ailə işləri üçün əlverişlidir. Sevdiklərinizlə ünsiyyət sevinc gətirəcək. Günortadan sonra gözlənilməz səfərlər və xoş görüşlər mümkündür.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Sakit və təmkinli qalmaq vacibdir. Bu gün sizi yoldan çıxara biləcək bir çox hadisələr və situasiyalar yer ala bilər. Amma ən vacib hədəflərinizi yaddan çıxarmasanız, belə situasiyalardan təmkinlə çıxa biləcəksiniz - duyğularınızın sizi idarə etməsinə imkan verməyin.

Bəzi cəsarətli və qətiyyətli addımlar uğurlu ola bilər - bəzən başqalarının uğursuzluğa düşdüyü situasiyalarda uğur qazanmağı bacarısınız. Ancaq bununla belə, başqalarının təcrübəsini qiymətləndirin, yaxşı məsləhətlərə qulaq asın. İndi hörmət etdiyiniz insanlara, xüsusən ağsaqqallara xüsusi diqqət yetirməyə dəyər.

Əqrəb - Gün yeni planlar və tezliklə həyata keçirmək istədiyiniz maraqlı fikirlərlə doludur. Məlumatları çevik şəkildə təhlil edə bilirsiniz, düzgün nəticələrə gəlmək üçün sizə bir neçə ipucu kifayət edir.

Uğurlu təsadüflər mümkündür, bunun sayəsində peşəkar mövqeyinizi gücləndirəcəksiniz və ya çox səy sərf edən bir işdə uğur qazanacaqsınız.

Qeyri-adi tanışlıqların ehtimalı böyükdür. Romantik və ya dostluq münasibətlərinə başlaya bilərsiniz, amma burada təşəbbüs göstərməyinizdən, istəyinizdən və qətiyyətinizdən çox şey asılı olacaq.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Narahat olmaq üçün ciddi səbəblər yoxdur, ancaq tez-tez xırda şeylərdən narahat olursunuz, ürəyinizi əhəmiyyətsiz problemlərlə sıxırsınız. Ona görə də bəzən sizinlə anlaşmaq asan olmur: başqalarının qərəzsiz iradlarında belə özünüz üçün daim xoşagəlməz gizli məna tapırsınız. Özünüzü idarə etməsəniz, bu xasiyyətiniz dava-dalaşa səbəb olacaq.

Günortadan sonra bəzi işləri başqalarına həvalə edəcəksiniz. Amma o işlərlə özünüz məşğul olsanız, yaxşıdır. Sizə tanış olan işlərin öhdəsindən heç kim sizdən daha yaxşı gələ bilməz. Yaxşı xəbər budur ki, istədiyiniz nəticələri gözlədiyinizdən daha tez əldə edəcəksiniz.

Oğlaq - Günün ilk yarısı maraqlı və qeyri-adi olacaq. Əvvəl heç xəyalınıza gətirmədiyiniz uğurlara çata bilərsiniz.

Problemlərə başqalarından fərqli baxışınız olacaq. Ətrafınızdakı insanlar sizinlə mübahisə etməyəcəklər, fikirlərinizi dinləyəcəklər və ideyalarınıza maraq göstərəcəklər.

Əvvəlcə işgüzar anlamda faydalı olan və zaman keçdikcə xoş bir dostluğa çevriləcək tanışlıqlar istisna deyil. İlk baxışdan sizi cazibədar sayanlar çoxdur, amma özünüz ilk təəssürata etibar etmirsiniz. Belə ehtiyatla davranmaqda haqlısınız.

Dolça bürcü Dolça bürcü

Dolça - Gün əlverişli olacaq, həyəcan və narahatlıq üçün xüsusi səbəblər olmayacaq. Bəzən çox xırda məsələlərə kəskin reaksiya verirsiniz, ancaq ümumiyyətlə özünüz də başa düşürsünüz ki, əslində narahatlıq üçün ciddi əsas yoxdur.

Bəzi xırda fikir ayrılıqları ola bilər, amma təbii xarizmanız və böyük yumor hissiniz işlərin düzəldilməsinə kömək edəcək.

Gün tələskənlik tələb etməyən işlər üçün çox uyğundur, məqsədə doğru yavaş-yavaş, lakin qətiyyətlə irəliləmənizə imkan yaradacaq. Detallara səliqəli və diqqətlə yanaşmalısınız, o halda səhv etməyəcəksiniz.

Balıq - İşlərinizlə məşğul olun. Görüləsi çox iş olacaq və başqalarına da etibar edə bilməyəcəksiniz - bütün işləri özünüz görməli olacaqsınız.

Fikri sizin üçün vacib olan insanlarla fikir ayrılıqları ola bilər. Bəzən qarşınızdakı şəxsin dediklərini yanlış anlayırsınız, nahaq yerə özünüzü incik hiss edirsiniz. Vacib məsələlərin müzakirəsini təxirə salmaq daha yaxşıdır.

Günün ikinci yarısı birincisindən daha sakit keçəcək və sizə həqiqətən istədiyiniz işi görmək imkanı verəcək. Ev işləri yorucu və darıxdırıcı görünməyəcək. Mebel, məişət texnikası və digər faydalı şeylər ala bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »