Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Talış və Suqovuşan minalardan təmizlənir - Video
Müdafiə Nazirliyi işğaldan azad olunan Suqovuşan kəndinin videogörüntüsünü yayıb - Video

İşğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir.

“Report” xəbər verir ki, Talış və Suqovuşan istiqamətində aparılan ilkin təmizləmə əməliyyatları əsasən kommunikasiya xətlərinin keçəcəyi yerləri əhatə edir.

Minatəmizləmə əməliyyatları ilkin olaraq kommunikasiya xətlərinin keçəcəyi yerlərdə aparılır. İşğal müddətində ermənilər geniş bir ərazini minalayıblar. Vətən müharibəsi başlayandan həmin ərazilər də daxil olmaqla, işğaldan azad edilən bölgələrdə təmizləmə əməliyyatlarına start verilib.

İşğaldan azad olunan Talış və Suqovuşan istiqamətində ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bu vaxta qədər aparılan işlər nəticəsində tank və piyada əleyhinə mina, top və minaatan mərmiləri tapılaraq zərərsizləşdirilib.

Basdırılan minalarla yanaşı, ərazi həm də Vətən müharibəsi zamanı ermənilərin atdığı xeyli sayda partlamamış artileriya mərmilərilə çirklənib. Təmizlənmə əməliyyatları yüksək peşəkarlıqla davam etdirilir. Minatəmizləmə əməliyyatlarının ilkin mərhələsində əsasən kommunikasiya xətlərinin keçəcəyi yerlər, yol və su kanalları təmizlənir. Bunlardan biri də Talış kəndinə gedən yol və Tərtərin bir neçə kəndini Suqovuşan su anbarıyla təmin edən beton kanallardır. İndiyə qədər bu ərazilərdən xeyli sayda partlamamış hərbi sursatlar tapılaraq zərərsizləşdirilib.

Əsas strateji əhəmiyyətli xətlərin keçəcəyi yerlər tam təmizləndikdən sonra təmizləmə əməliyyatları geniş sahələrdə aparılacaq.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Martın 7-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »