Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
Ermənistan parlamenti

Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan "Qarabağ ərazilərinin hərbi yolla qaytarılması" ideyalarını lazımsız və zərərli hesab edir.

Nə qədər qəribə də olsa, hazırda heç kim Ermənistanda deyə bilmir ki, Azərbaycan o əraziləri birdəfəlik azad edib və qonşu ölkələrdən torpaq əldə etmək mümkün deyil. Ermənistan cəmiyyəti hələ də "Böyük Ermənistan" nağıllarının atmosferindən çıxa bilmir. Elə ona görə də hakimiyyət tərəfdarları və hakim fraksiyanın deputatları da bu atmosferə uyğun gələn açıqlamalar verməli olurlar. Baxmayaraq ki, bəzən öz açıqlamalarında konstruktiv mesajlar da verməyə çalışırlar.

Lena Nazaryan Lena Nazaryan

Onun fikrincə, Azərbaycanın nəzarətində olan ərazilər yalnız siyasi yollarla "geri qaytarıla" bilər. Lena Nazaryan bu barədə Ermənistan mətbuatına verdiyi müsahibədə danışıb.

"Bu gün bir çox ekspertlər, müxtəlif fiqurlar deyirlər ki, bir neçə illik dinc həyatdan sonra güclənəcəyik, ordumuz da güclü olacaq və sonra qələbə payımız üçün hərəkətə keçəcəyik. Bağışlayın, düşünürəm ki, bu düşüncə lazımsız və zərərlidir. Bunu kimin 18 yaşlı oğlunun hesabına etmək istəyirsiniz?",- deyə Nazaryan soruşub.

O həmçinin ölkəsinin Azərbaycan da daxil olmaqla bütün qonşuları ilə sülhə can atmalı olduğunu deyib: "Ermənistanın bütün qonşuları ilə uzunmüddətli və daimi sülh yaratmağa çalışmalıyıq. Nəhayət, bölgənin insanlıq üzü olmalıdır".

O, Azərbaycanın "nəzarətinə keçən Qarabağ əraziləri"ni hərbi yolla geri qaytarmaq fikrindən imtina etməyin vacibliyini vurğulayıb: "Savaş olmasını istəmirəm. Bunu siyasi proseslərin köməyi ilə etmək istərdim. Siyasətə inanıram, siyasətçiyəm".

Nikol Paşinyan Nikol Paşinyan

"Bu qədər insanın həyatına son qoyan savaşdan qaçmaq mümkün idimi" sualına cavan verən vitse-spikerin fikrincə, cəmiyyət son 30 ildə aparılan danışıqları, siyasi prosesləri araşdırmalıdır. Nazaryan dolayısı ilə demək istəyib ki, Azərbaycan əməliyyatlara ona görə başladı ki, siyasi yolla həll mümkün olmadı: "Harada və hansı səhvlərin edildiyini anlamalı, ibrət götürməliyik. Savaş varsa, deməli, siyasət uduzub, siyasətçilər məğlub olub. Savaş olmamalıdır, müasir sivil dünyada bütün məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll edilməlidir".

Vitse-spiker eyni zamanda müxalifətin ölkənin məğlub liderinin danışıqlar apara bilməyəcəyi iddialarına da münasibət bildirib. Onun fikrincə, "Nikol Paşinyan vəziyyətin həqiqi mahiyyətini hamıdan yaxşı bilir və "yerdə dayanıb, buludların arasında uçmur", qalib mövqedə olmaq üçün hansı imkanların olduğunu bilir".

Bununla da Nazaryan əslində reallıqla barışmağın vacibliyini vurğulayıb. Yəni "buludlara qalxıb xəyal qurmağın" mənasız olduğuna eyham vurub.

Paylaş »
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Neft kəskin bahalaşıb
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› İrana səfər etməyin şərtləri açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »