Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanla Makron arasında videokonfrans formatında görüş keçiriləcək
Rəcəb Tayyib Ərdoğan

“Fransa ilə gərgin münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişlər var. Prezidentimizin Fransa Prezidenti ilə əvvəl telefon, daha sonra isə videokonfrans formatında görüşü nəzərdə tutulub”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

M. Çavuşoğlu E. Makronun Prezident Ərdoğana iki gün əvvəl məktub yazdığını bildirib, bundan öncə isə Ərdoğanın Fransa Prezidentinə yeni il münasibətilə təbrik məktubu göndərdiyini bildirib: “Fransa ilə münasibətlərimiz peyğəmbərimizə, “Qurani-Kərim”ə edilən həqarətlərdən, dövlət binalarında afişaların asılmasından və bunları ifadə azadlığı kimi xarakterizə etdikdən sonra gərginləşdi. Buna görə müvafiq olaraq cavablarını verdik. Sonra Fransa xarici işlər naziri ilə görüşümüzdə birgə yol xəritəsi üzərində işləmək üçün razılaşdıq. Bundan başqa, Prezidentimiz cənab Makronu yeni il münasibətilə təbrik edən məktub göndərdi və iki gün əvvəl də Makron türkcə xitabla pozitiv ruhlu bir cavab məktubu yazıb. Məktubda Prezidentimizlə Avropada görüşmək istəyi də ifadə olunub. Cənab Ərdoğan da buna müsbət cavab verib”.

XİN başçısı onu da qeyd edib ki, Fransa ilə Türkiyənin yol xəritəsində ikitərəfli səviyyədə məsləhətləşmələr, terrorizmlə mübarizə, Suriya və Liviya da daxil olmaqla regional məsələlər və təhsil sahəsində əməkdaşlıq nəzərdə tutulub.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »