Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu Qarabağda Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanmalı olduğunu bildirib
Mövlud Çavuşoğlu

“Biz ayrıca olaraq Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı da təşviq edirik”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu məsələdə Azərbaycandan hər hansı bir şikayət gəlməyib: “Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə vermək roludur. Buna görə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansı bir status-kov müəyyənləşsə, bu, yenə Azərbaycanın sərhədləri daxilində olacaq. Buna görə Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır. “Siz, sülhməramlı olaraq varsınız, kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”, - dedik”.

Türkiyə XİN başçısı qeyd edib ki, Naxçıvandan açılacaq dəhlizlə bağlı bir problem yoxdur. O vurğulayıb ki, Moskvada Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşündə bu təsdiq edilib.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »