Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
“Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”

“Prezident İlham Əliyevin Şuşaya səfəri tarixi zəfərimizin parlaq nümunəsidir. İlham Əliyevin Şuşada verdiyi mesajları Ermənistana ciddi xəbərdarlıq kimi xarakterizə etmək olar”.

Bunu Bizimyol.info-ya açılaması zamanı Cənubi Qafqaz Təhlükəsizlik Mərkəzinin sədri Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, Prezidentin məhz Şuşaya səfəri azad olunan torpaqların təhlükəsizlik çənbərinə alındığının və Şuşanın artıq azərbaycanlılar üçün təhlükəsiz şəkildə yaşayışa hazır olduğununun göstəricidir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Məhz Ermənistan uzun illərdir Şuşa şəhərini öz şəhəri adlandırırdı və buranın Azərbaycana qaytarılmayacağını deyirdi. Prezidentin Şuşaya avtomobil karvanı ilə hərəkəti bir daha göstərdi ki, Azərbaycan düşməndən geri aldığı torpaqlarda infrastruktur layihələrini həyata keçirdəcək və buraya əhalinin köçürülməsini təmin edəcək. Bu səfəri çox siyasi əhəmiyyətli səfər kimi qiymətləndirirəm. Düşünürəm ki, Şuşa Azərbaycanın qələbəsinin bir simvoludur. Prezident Şuşaya səfər etməklə bu möhürü vurdu. Buradan da Ermənistana bir daha xəbərdarlıq etdi ki, yenidən revanşist açıqlamalar olarsa, dəmir yumruq yenə onların üzərində olacaq.

Ermənistan çox ciddi narahatdır. Bundan sonra Ermənistan rəsmilərinin Xankəndiyə gəlib hər hansı bir revanşist və adventurist açıqlamaların şahidi olmayacağımızı düşünürəm. Şuşa Xankəndinin 9-10-cu km-liyindədir. Xankəndiyə gedən yol Şuşanın yaxınlığından keçir. Presidentin məhz buraya gəlişi, verdiyi açıqlamalar bir növ Ermənistan və onun havadarlarına xəbərdarlıq idi.

Əlbəttə ki, 10 noyabr bəyənnaməsindən sonra görülən işlər, həmçinin 11 yanvar Moskva görüşündən sonra bizim qələbəmiz tamamilə rəsmiləşdi. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə təhlükəsiz şəkildə infrastruktur layihələrini həyata keçirdəcək. Bu səfər bir daha bunu sübut etdi.

Füzulidə Beynəlxalq aeroportun açılması, Şuşanın yenidən qurulması, İslam dünyasının və Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi siyasi qələbədir. Hesab edirəm ki, hazırkı proseslər fonunda Şuşada prezidentin bu çıxışları artıq Ermənistanda ciddi xəbərdarlıq kimi qəbul edildi. Ermənistan rəsmiləri həmçinin Parlament Nümayəndələri artıq Xankəndiyə gəlməyə ehtiyat edəcək”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyə prezidentinin Azərbaycana gəlişi zamanı geosiyasi, geoiqtisadi və geostrateji layihələrin həyata keçirilməsi və bu istiqamətdə yeni müqavilələrin imzalanması gözlənilir.

“Əlbəttə ki, regionda geosiyasi proseslər baş verir. Bilirik ki, artıq Türkiyə ilə Rusiya arasında sülhmərəmlıların birgə fəaliyyəti, monitorinq mərkəzi ilə bağlı müəyyən fikir ayrılıqları var. Rusiya tərəfi müəyyən dərəcədə üzərinə götürdükləri öhtəlikləri yerinə yetirməkdə tərəddüd edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamalarında bildirmişdi ki, bir müddət sonra Qarabağda sülhmərəmlılara ehtiyac olmayacaq. Ərdoğanın bu fikirləri səsləndirməsi çox ciddi məqamdır. Hesab edirəm ki, Türkiyə Azərbaycana olan dəstəyini daha da gücləndirəcək.

Ərdoğanın Azərbaycana səfərinin növbəti mərhələdə reallaşması zərurətdən irəli gəlir. 10 noyabr bəyənnaməsindən sonra Türkiyə ilə Azərbaycan arasında Cənubi Qafqazda yeni bir mərhələyə qədəm qoyulub. Türkiyə prezidentinin Azərbaycana gəlişi geosiyasi, geoiqtisadi və geostrateji layihələrin həyata keçirilməsi və bu istiqamətdə yeni müqavilələrin imzalanması gözlənilir. Artıq Türkiyə Cənubi Qafqazda mövqeyini gücləndirib və buradan Cənubi Şərqi Asiyaya, Mərkəzi Asiyaya açılıb. Azərbaycanla Türkiyə arasında əsas strateji plan Ermənistan qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır”, - deyə o, bildirib

Leyla Mizrə

Son xəbərlər
Bütün xəbərlər »