Rusiyanın Dağıstan Respublikasının Buynaks şəhərində zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı 196 nəfərə çatıb.
Bizimyol.info xəbər verir ki, həmin diaqnozla 96 nəfər, o cümlədən 73 uşaq xəstəxanada müalicə olunur.
Buynaqskda su kəmərindən götürülmüş nümunələrin laboratoriya yoxlanışı zamanı dizenteriya törədicilərinin DNT-si aşkar olunub. Şəhərdə məktəb və bağçaların fəaliyyəti müvəqqəti dayandırılıb, su kəmərindən axan sudan istifadə olunmasına qadağa qoyulub.
Xatırladaq ki, ilk zəhərlənənlər 12 yanvarda qeydə alınmışdı. Xəstəxanaya müraciət edənlərin hamısı yetkinlik yaşına çatmayanlardır. 2 və 13 yaş arasındakı 34 uşaq qusma, ürək bulanması, qızdırma və bağırsaq narahatlığı ilə xəstəxanaya gətiriliblər.