Tələbə köçürmələri zamanı köçürülmək istəyən tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə danışarkən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib ki, fevralın 1-dən tələbə köçürmələrinə başlanılır.
Şöbəsininn müdiri bildirib ki, fevralın 1-dən tələbə köçürmələri prosesi başlanılsa da sessiya imtahanları bitməyəcək: “Transfer zamanı tələbələrin imtahan verəcəkləri fənn üzrə qiymətləri nəzərə alınacaq, vermədikləri imtahanlar isə transfer üçün problem yaratmayacaq”.