Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
Ermənistan Müdafiə Nazirliyi

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur və İrəvan mahalının tarixi Azərbaycan torpaqları olması barədə verdiyi açıqlama Ermənistanda hələ də çoxlarının yuxusunu qaçırmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın Ermənistandan ərazilər əldə etməklə bağlı planları tez-tez gündəmə gətirilir. Bu gün isə sosial şəbəkələrin Ermənistan seqmentini növbəti həyəcan dalğası bürüyüb.

İrəvanın "Ercan Siti" supermarketində çəkilmiş foto ölkəni çalxalayıb. Sosial şəbəkələrdə yayılan forolarda Azərbaycana məxsus hərbi geyimdə və ya bu geyimə bənzəyən qiyafədə hərbçilərin fotoları çəkilib. Həmin şəxsləri Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri müşayiət edirmişlər.

Azərbaycanlılar olduğu deyilən şəxslər İrəvanda supermarketdə Azərbaycanlılar olduğu deyilən şəxslər İrəvanda supermarketdə

Sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin 4 nümayəndəsi Ermənistan nümayəndələrinin müşayiəti ilə supermarketdən alış-veriş ediblər.

Məlumat o qədər israrla və həyəcanla yayılıb ki, Ermənistan Müdafiə Nazirliyi açıqlama ilə çıxış etməli olub. Nazirlik öz nümayəndələrinin xarici hərbçiləri müşayiət etdiyini etiraf edib. Amma açıqlamada bildirilir ki, fotoşəkildə görünənlər Azərbaycandan deyil, İrandan gəliblər, İrəvanda işgüzar səfərdədirlər və onları hərbi polis müşayiət edir.

Amma nazirliyin bu açıqlaması əhalini sakitləşdirməyib. Onlar bu geyimin Azərbaycana məxsus olduğunu iddia etməkdə davam ediblər. Həmçinin nazirlik təmsilçisinin İran nümayəndələri ilə bağlı xəsisliklə məlumat verməsi adamlarda şübhələri bir az da artırıb. Çünki nazirlik nümayəndələrin kimliyi və səfərin məqsədi barədə heç bir açıqlama verməyib.

Zəngəzurun Mehri şəhəri Zəngəzurun Mehri şəhəri

Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan ərazilərindən heç bir güzəştin olunmayacağını, ölkəmizin ərazisində Ermənistanın daha bir dövlət qurmasına imkan verilməyəcəyini demişdi. Ermənistan dövlətinin Azərbaycan ərazilərində qurulduğuna diqqəti çəkən dövlət başçısı Zəngəzur və İrəvan mahalının qədim Azərbaycan torpaqları olduğunu bildirmişdi.

Azərbaycan tərəfi Ermənistana qarşı rəsmən hər hansı ərazi iddiaları irəli sürməsə də, orada insanlar gələcəyə şübhə ilə baxırlar və İlham Əliyevin açıqlamalarının ciddi və məqsədli olduğunu düşünürlər.

Zəngəzurda sərhədlərin dəqiqləşdirilməsi və çoxlu sayda ərazi vahidlərinin Azərbaycana qaytarılmasından sonra Ermənistanda narahatlıqlar daha da artıb. Müxalifət etiraz aksiyaları təşkil edib, Zəngəzurda yolları bağlayıblar. Onların fikrincə, Azərbaycan "Naxçıvana dəhliz" adı altında ərazi almaq istəyir. Həmçinin İlham Əliyevin təzminatla bağlı son açıqlamasından sonra Ermənistanda belə fikir yaranıb ki, Azərbaycan təzminatla bağlı işi udacaq və bunun əvəzində Zəngəzuru tələb edəcək.

Xankəndi Xankəndi şəhəri, Azərbaycan

Azərbaycan hərbçilərinin Xankəndində bazarlıq etməsi ilə bağlı xəbərlərdən sonra İrəvandan belə görüntülərin yayılması Ermənistanda gələcəklə bağlı ümidləri bir az da qırıb. Rəsmi qurumların açıqlamalarına isə artıq çox az adam etimad göstərir. Aktiv əməliyyatlar dövründə dəfələrlə aldadılan Ermənistan xalqı indi Paşinyan hökumətinin açıqlamalarına rahat-rahat inana bilmir.

Bununla belə, əhali müxalifətin çağırışlarını da geniş miqyasda dəstəkləmir. Çünki onlar uşaqlarının ərazi iddialarına qurban getməsini istəmirlər.

Paylaş »
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Neft kəskin bahalaşıb
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› İrana səfər etməyin şərtləri açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »