Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Dövlətin mediaya dəstəyi baxımından keçmişdə atılan addımların effekt vermədiyi başa düşülüb”
Sorğu - məmur

Medianın bugünki durumu müzakirə mövzusudur. Yeni yaradılan Media İnkişafı Agentliyinin yaradılmasından sonra mediada islahatların aparılması çağırışları yenidən gündəmə gəlib. Mediamızda nələrin dəyişməsinə zərurət var? Yeni qanun üzərində işlədildiyi bildirilir. Qanunda hansı dəyişikliklərin olmasına ehtiyac var?

Məsələ ilə bağlı Bizimyol.info-ya media mütəxəssisi Rizvan Qənbərli bildirib ki, medianın inkişafı üçün yeni yaradılan agentliyin rolu medianın özünü tənzimləməsinə və biznes strukturu kimi saxlamasına şərait yaratmaq olar.

“Ümumiyyətlə, medianın tənzimlənməsində kənar qüvvələrin aktiv rol oynamağı düzgün deyil. İdeal olan odur ki, media özü-özünü tənzimləyə bilsin. Dövlət medianın tənzimlənməsində rol oynamağa başlayanda medianın öz funksiyalarını təsirsiz yerinə yetirmə imkanı məhdudlaşır”,-deyə R.Qənbərli bildirib.

Ekspert qeyd edib ki, uzun müddətdir KİVDF vasitəsilə dövlət medianın inkişafında tərəf kimi iştirak edir: “Əslində medianın inkişafına dövlətin dəstəyi lazım deyil, amma cəmiyyət vasitəsilə dövlətin inkişafında medianın dəstəyinə ehtiyac var. Media informasiya paylaşımı, bilgiləndirmə, müzakirə roluyla cəmiyyəti, dolayısı ilə dövləti gücləndirə bilməlidir.

Azərbaycan reallığı ondan ibarətdir ki, bir az Sovet ənənəsinin təsiri var-media həmişə dövlətin maddi dəstəyinə ehtiyac duyub. Hətta təəssüf ki, açıq-aşkar tələb də edib. Dövlət də bu rolu illərdir KİVDF vasitəsilə oynayıb, maliyyə yardımı ayırıb. İndi də yeni yaradılan agentliyə medianın münasibəti bundan artıq deyil, yeni qurumdan daha ədalətli maliyyə yardımı alacaqlarını umurlar. Bu səhvdir. Özünü tənzimləyə bilməyən, özünü biznes strukturu kimi saxlaya bilməyən xəbər mediası fəaliyyət göstərməsə yaxşıdır. Dövlətin də, yeni yaradılan agentliyin də rolu ondan ibarət olmalıdır ki, xəbər mediası bu imkanlara qovuşa biləcəyi bir zəmində fəaliyyət göstərsin. Haqsız rəqabətlə üzləşməsin. Peşə fəaliyyətinə təsir edən müdaxilələrdən sığortalana bilsin. Keyfiyyətli jurnalistika ilə məşğul ola bilsin. Bilgili kadrlarla işləyə bilsin və sairə. Bu baxımdan Medianın İnkişafı Agentliyinin yaradılmasını keçmişdə buraxılan səhvləri təkrarlamamağı, onlardan lazımi dərsləri çıxarmağı arzuolunandır. Dövlət medianın inkişafında əlbəttə maraqlı olmalıdır. Amma bu marağı məhdudiyyətlərlə yox, medianın inkişaf şəraitini yaratmaqla, qarşılaşdığı çətinlikləri yüngülləşdirməklə həyata keçirməlidir. Daha çox strateji hədəflər istiqamətində zəmin yaratmalıdır. Əgər yeni qurum KİVDF-nin keçmişdə atdığı yalnış addımları təkrarlamayacaqsa, medianın aktiv rəqabətliliyini təmin edə biləcəksə və bunun üçün layihələr həyata keçirəcəksə, o zaman biz də təbii ki, bunu məmnuniyyətlə qarşılayacayıq.

Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılmasını indiki mərhələdə pozitiv addım kimi qarşılayıram. Bu özü göstərir ki, dövlətin mediaya dəstəyi baxımından keçmişdə atılan addımların, görülən tədbirlərin effekt vermədiyi başa düşülüb və bunu dəyişdirmək üçün bir niyyət ortaya qoyulub”.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür
Son xəbərlər
Bütün xəbərlər »