Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan Qarabağ açıqlaması: Vergi güzəştlərinin tətbiq olunacağı gözlənilir
Vüqar Bayramov

“İşğaldan azad olunan ərazilərimizdə təşviq tədbirləri məhz bu rayonların inkişafı ilə bağlı hazırlanacaq strategiyanın əsas istiqamətlərindən biri olacağı gözlənilir. Artıq bununla bağlı müzakirələr gedir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, hökumət tərəfindən xüsusi konsepsiya hazırlanır: “Konsepsiyada da bir istiqamət əhali və sahibkarlar üçün təşviqin tətbiq edilməsi ilə bağlıdır. Məsələn, vergi güzəştlərinin tətbiq olunacağı gözlənilir. Bərpa və yenidənqurma işinə özəl sektorun yaxından cəlb edilməsi imkanları olacaq. Qarabağ Dircəliş Fondunun əsas məqsədlərindən biri də dövlət və özəl sektor tərəfdaşlığının gücləndirilməsinə nail olmaqdır. Bununla da işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidənqurulmasına özəl inevstisiyanın cəlb edilməsinin reallaşdırılmasına nail olmaqdır.

Bu da vətəndaşlarımızın məskunlaşmasına dəstək olacaq”.

Deputat V.Bayramov bildirib ki aparılan sorğu nəticəsində keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti işğaldan azad olunmuş ata-baba torpaqlarına qayıtmağı səbirsizliklə gözlədiklərini deyirlər: “Bu istiqamətdə sorğular davam etdiriləcək. Təşviqin tədbirlərinin tətbiq edilməsi prosesin intensiv şəkildə həyata keçirilməsinə imkan verəcək”.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür
Son xəbərlər
Bütün xəbərlər »