Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan pomidor ixracını 2-3 dəfə artıra bilər
Pomidor

"Rusiyanın cənub bölgələrinin iqlimi Azərbaycanın iqliminə yaxındır, odur ki, bu ölkədə son bir neçə ildə pomidor istehsalına böyük investisiyalar yatırılıb. Biz də bu prosesləri izləyirik".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov son vaxtlar qonşu ölkəyə pomidor ixracında yaranmış çətinliklərə münasibət bildirərkən deyib.

"Azərbaycan pomidoru Rusiya bazarında böyük paya malikdir. Son aylar tətbiq edilmiş məhdudiyyətlər bu ölkəyə ixracımıza elə də böyük ziyan vurmayıb. Çünki, əsas ixrac mart ayında başlayacaq. O vaxta qədər istəyirik ki, problem həllini tapsın. Bu məsələdə bizim xeyrimizə işləyən məqamlar var. Rusiya İstehlakçılar Birliyi hökumətin Azərbaycanla bağlı qərarına etiraz edir. Çünki onlar Azərbaycan məhsulunu digər məhsullarından üstün tuturlar. Rusiya vətəndaşları da etiraf edirlər ki, Azərbaycan pomidorları daha keyfiyyətlidir. Odur ki, Rusiya İstehlakçılar Birliyi ilə fəal işləmək lazımdır. İstehlakçıdan tələb gələrsə, Rusiya hökuməti Azərbaycan pomidorlarına dair qərarında dəyişiklik edə, vətəndaşların istəklərini nəzərə ala bilər", - deyə o, qeyd edib.

KOBİA rəsmisi Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələrinə pomidor ixrac etmək imkanları barədə də danışıb: "Azərbaycan Avropa ölkələrinin hesabına pomidor ixracını 2-3 dəfə artıra bilər. Biz Rusiyada qazandığımız uğuru Avropada da qazana bilərik. Bu isə zaman və bir sıra məsələlərin təcili həllini tələb edir. Vaxtilə biz Aİ-nın GSP+ güzəşt sisteminin 5 illik üzvü olmuşuq. Bu sistem müəyyən siyahı üzrə olan məhsulların güzəştli idxalına imkan verir. Həmin güzəştin müddəti bitib. Biz yenidən GSP+ üzvlüyünü bərpa edə bilərik. Bu yaxınlarda da bir sıra Aİ rəsmiləri bəyan ediblər ki, Azərbaycan məhsullarını müəyyən şərtlər daxilində qəbul etməyə hazırdırlar".

Z.Qardaşov onu da deyib ki, pomidor ixracı hər il ölkəyə 200 milyon ABŞ dolları məbləğində gəlir gətirir: "Odur ki, bu sahənin ayaqda qalması üçün dəstək göstərməliyik".

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Martın 9-na olan hava proqnozu
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
Son xəbərlər
Bütün xəbərlər »