Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin siyahısı genişləndirilir.
APA-nın məlumatına görə, bununla bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanuna dəyişiklik təklif olunur.
Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya 60 yeni psixotrop maddə əlavə olunur və beləliklə, həmin psixotrop maddələrin sayı 176-ə çatdırılır.