Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq
Akif Qurbanov

COVİD-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək.

Bizimyol.info xəbər verir ki, bunu  TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində, ABŞ-da, Rusiyada, Çində istehsal olunan vaksinlərin effektivliyi çox yüksək qiymətləndirilir. Çünki bu namizəd vaksinlərin əksəriyyətinin effektivliyi 90 faizdən çoxdur:

“Çində hazırlanan “Sinovac” vaksininin 3-cü faza təhlükəsizlik sınaqları Türkiyədə də həyata keçirildi. Orada da onun effektivliyinin 91-92 faiz olduğu aşkar olundu. Bu, çox yüksək göstəricidir.

Bu, o deməkdir ki, biz bu vaksini 100 nəfər üçün istifadə etsək, onların 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyi yüngül keçirə bilər”.

A.Qurbanov əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə görə, bir vaksin insanı virusdan 50 faizdən çox qoruyursa, o, effektiv sayılır.

TƏBİB rəsmisi qeyd edib ki, istifadə edilən vaksinlər minimal yan təsirlərə malikdirlər.

Onun sözlərinə görə, dünyada istifadə edilən digər vaksinlərdə də belə hal özünü göstərir.

Xatırladaq ki, dünən canlı yayımda Türkiyə Prezidenti R.T.Ərdoğana Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksini vurulub. Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “CoronaVac” inaktiv peyvəndindən istifadə olunur.

Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində “CoronaVac” vaksininin tətbiqinə icazə verib.

Türkiyə dövlət başçısına Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksini vurulub.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »