Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk professor: 7-8 aydan bir vaksin vurdurmaq lazım gələcək
Türk professor: 7-8 aydan bir vaksin vurdurmaq lazım gələcək

“Əgər koronavirus belə davam edərsə 7-8 aydan bir və ya ildə bir dəfə yenidən koronavirus vaksini vurdurmaq lazım gələcək”. Bizimyol.info xəbər verir ki, bu fikirləri Türkiyə Hacettepe Universitetinin Tibb Fakultəsinin Elmi Şurasının üzvü, professor Atəş Kara səsləndirib.

“Virus mutasiyaya uğrasa məcburuq yeni mutasiya variantına uyğun vaksin tapaq. Tamamilə qripdə olduğu kimi hər il yenidən peyvəndlənmək lazım gələcək.

Bəzi xəstəliklərdə peyəndi bir dəfə vurmaqla ömür boyu bəs edir. Bəzi xəstəliklərdə bu belə deyil, təkrarlanması gərəkdir. Biz mövsümü karonavirusa hər il yoluxa bilərik. Oqanizmdə yaranmış antikorlar azala bilir. Ona görə də, virus bu şəkildə davam edəcəksə, 7-8 aydan bir və ya ildə bir dəfə vaksinasiya tələb olunacaq. Hesab edirəm ki, təkrar vaksinasiya zamanı bir doza yetərli olacaq. Amma bunu da əminliklə deyə bilmirik. Qarşıdakı dövrdə peyvənd olub yenidən peyvəndlənən şəxsləri müşahidə etməklə dəqiq fikir bildirmək olar”,- deyə professor bildirib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »