Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarını yeni taktika ilə və daha sərt şəkildə davam etdirəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu “Vətən” partiyasının üzvü Arsen Babayan deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda yeni aksiyalara start veriləcək: “Bu gündən "Vətənin Qurtuluş" hərəkatının baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyanın ölkənin bölgələrinə səfərləri başlayır. İlk səfəri Şirak bölgəsinə, xüsusən Gümrüyə, daha sonra Vanadzor və digər bölgələrə planlaşdırılır. Vazgen Manukyan tək getməyəcək. Onu hərəkata cəlb olunan qüvvələrin nümayəndələri müşayiət edəcəklər”.