Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: “Şuşaya çəkilən yol tarixi, Qələbəyə aparan yoldur” - Video
İlham Əliyev

“Burdan Şuşaya yol açılır. Ona görə qəsəbənin bir hissəsi sökülür. Şuşaya yol bu qəsəbənin içi ilə keçir və bir tərəfi sökülür ki, Şuşa şəhərinə geniş yol açılsın. Şuşa şəhərinə yol geniş olmalıdır. Yol da buradan keçdiyi üçün buralar - sağ, sol sökülür”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı deyib.

Prezident qeyd edib ki, bu yol heç vaxt olmayıb: “Qəhrəman hərbçilərimiz bu ərazidən keçib. Biz isə cəmi 2 ay ərzində bax, bu yolu açmışıq. Sonra əlbəttə ki, bu yol genişləndiriləcək, asfalt döşənəcək və Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər.

Baxın, gün də çıxdı, günəş də bizi salamlayır. Yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya. Azad edilmiş Şuşaya. Yol tikintisi də aparılır. Əminəm ki, bu, gözəl bir yol olacaq. Ölkəmizin ən gözəl yollarından olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur. Səma da açıqdır. Günəş yolumuzu işıqlandırır”.(apa)

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »