Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
Peyvənd - Həkim iynə

“ÜST dünyanı xəbərdar edir ki, effektiv vaksinasiya başlandıqdan sonra belə 6 ay köhnə normalımıza geri dönmək haqqında düşünməməliyik. Doğrusu görünən odur ki, hətta vaksinasiya başlamış ölkələrdə də normallaşma prosesi xeyli zaman alacaq”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı tanınmış həkim, hazırda Türkiyədə Hacettepe Xəstəxanasında koronavirusla mübarizədə ön cəbəhədə mübarizə aparan həmyerlimiz Turanə Rəsulova bildirib. Onun sözlərinə görə, vaksinasiya planlaşdırıldığı kimi effektiv və sürətli getmir.

Turanə Rəsulova Turanə Rəsulova

“Bunun logistik və psixoloji səbəbləri var. ABŞ dekabr ayı üçün 20 milyon vaksinasiya planlaşdırmışdı, amma cəmi 6 milyon edə bildi. İngiltərə vaksinlərə ilk razılıq verən ölkə olsa da, proses ləng gedir. Fransada isə lap gülməli vəziyyətdir, bu sürətlə davam etsələr əhalinin COVİD vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır. Bir digər məsələ isə ÜST bununla bağlı narahatlığını dilə gətirdi ki, orta və yüksək gəlirli ölkələrin vaksinləri qısa müddətdə alıb stoklamağı, əslində populasiyasının böyük qisminin vaksinasiya ehtiyacı olduğu halda aşağı gəlirli ölkələrin prosesdən kənarda qalmağıdır. Unutmamalıyıq ki bu pandemiyadır və dünyanın ümumi, qlobal problemidir. Bütün dünya əhalisinin böyük əksəriyyəti peyvənd edilmədikcə təhlükə qalmaqda davam edəcək”.

Həkimin sözlərinə görə, bir çox Avropa ölkəsində və ABŞ-ın özündə də vaksin əleyhinə olan insanlar var və təəssüf ki, çoxdurlar.

“Vaksinasiyanın digər bir problemli tərəfi isə qeyd etdiyim kimi psixoloji faktordur. Məsələn, Türkiyədə İpsos-un apardığı sorğuya görə əhalinin cəmi 44%-i vaksinasiyaya müsbət baxdığını və vaksinasiya olunacağını deyib. Fikrimcə, əhali ilə ciddi iş aparılmalıdır. Pandemiya dövründə heç vaxt olmadığı qədər güclü infodemiya da yaşamaqda davam edirik. Səhih olmayan və mövzuyla heç bir əlaqəsi olmayanların uydurduqları nəzəriyyələr insanları şübhələndirir. Bunların önünü kəsmək, sosial sorğular keçirmək, vaksinasiyanın təbliği və təmini ilə gecikmədən məşğul olmaq lazımdır. Ümid edirəm, tezliklə ölkəmizdə də kütləvi vaksinasiya başlanacaq. Hamını aktiv vaksin tərəfdarı və təbliğatçısı olmağa dəvət edirəm. Bu bəladan ən ciddi, etibarlı qurtuluş yolu vaksinasiyadan keçir”,- deyə həkim bildirib.

Leyla Mirzə

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »