Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdaşda narkotik vasitələr satanlar saxlanılıb
Narkotik

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində şəhər sakini S.Nəbiyev şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan bir ədəd sellofan torbada ümumi çəkisi 485 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağdaş şəhər sakini S.Mustafayev saxlanılıb. Həmin şəxsdən də 455 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »