Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlərdən oğurluq edən keçmiş məhkumlar tutulub
Həbs

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvar ayının 6-dan 14-dək olan müddət ərzində şəhər ərazisində yerləşən üç evdən oğurluq edən şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər - Balakən şəhər sakinləri, əvvəllər hər ikisi məhkum olunmuş Fərid Qazaxov və Elçin Yusifov qanunsuz yollarla daxil olduqları evlərdən televizor, su qızdırıcıları, su nasosları, müxtəlif məişət əşyaları oğurlayaraq onların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Həmin əşyalar tapılaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
››› İcra başçısının bacısı oğlu həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »