Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
DGK 001

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir. İmtahanlar Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilmiş qaydalara əsasən, Microsoft Teams proqramı vasitəsilə onlayn formada şifahi şəkildə təşkil olunur.

İmtahan nəzarətçiləri və tələbələr imtahanın keçirilmə şəraiti ilə bağlı tələbləri müəyyən edən bütün qaydalarla bağlı öncədən məlumatlandırılıblar.

Akademiyanın elektron imtahan sisteminə yüklənilmiş suallar tələbələrə birbaşa sistem tərəfindən ünvanlanır. İmtahan zamanı tələbə Akademiya əməkdaşlarının onlayn nəzarəti altında sualları şifahi qaydada cavablandırır və daha sonra həmin cavablar müvafiq fənn müəllimi tərəfindən qiymətləndirilir.

İmtahanların yüksək səviyyədə təşkili, tələbələrin müraciətlərinin operativ həlli ilə bağlı Akademiyada "İmtahan qərargahı" və "Appelyasiya komissiyası" yaradılıb.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »