Göyçay rayonunda fərdi yaşayış evində yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Birinci Ərəbcəbirli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.