Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun Baş katibi: “Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir”
Yens Stoltenberq

“Vaşinqtonda Kapitoliya binasına basqınla əlaqədar bütün məsuliyyət daşıyanların cəzalandırılması vacibdir”.

APA xəbər verir ki, bunu NATO-nun Baş Katibi Yens Stoltenberq Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Qazvani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Hadisənin qəbuledilməz olduğunu deyən Stoltenberq ABŞ-ın demokratik qurumlarının bunun öhdəsindən gələcəyinə əminliyini ifadə edib: "Seçkilərin nəticələrinə hörmət göstərilməlidir. Demokratik dəyərlərimizə hörmət göstərilməsini təmin etmək üçün hər şeyi etməliyik".

Baş Katib əlavə edib ki, NATO-ya çox sadiq olan ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Biden ilə işləmək istəyindədirlər.

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
Son xəbərlər
Bütün xəbərlər »