Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 15 yanvar, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 15 yanvar, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç - Çox gərgin bir gündür. Artıq dəyişdirə bilməyəcəyiniz vəziyyətlərdən çox narahat olacaqsınız, keçmişdəki səhvlərə görə özünüzü danlayacaqsınız. Xoşagəlməz xatirələr təkcə gücdən salmayacaq, həm də əhval-ruhiyyəninizi pozacaq və həssas Qoçlar bu səbəbdən özlərinə olan inamı tamamilə itirə bilərlər. Gəzinti və ya sevdiyiniz insanlarla ünsiyyət sizə kömək edəcək.

Amma xoş anlar da olacaq. Mümkündür ki, köhnə bir ideyanı həyata keçirə biləsiniz və ya çoxdan arzuladığınıza nail olasınız. Bəzi bürc nümayəndələrinin son vaxtlar darıxdıqları insanlarla görüşməsi gözlənilir.

Buğa bürcü Buğa bürcü

Buğa - Səhər risk etməməyə çalışın. Özünüzə olan inamınız təqdirəlayiqdir, amma indi onları həddən artıq qiymətləndirmək təhlükəsi var. Hər hansı bir iş və ya maliyyə öhdəliyi götürmək arzuolunmazdır. Biznesdə yalnız dəfələrlə çətin vəziyyətlərdən birlikdə çıxdığınız etibarlı tərəfdaşlara bel bağlaya bilərsiniz.

Günortadan sonra daha əlverişli atmosfer yaranacaq. Maraqlı hadisələr, yeni işlər, uğurlu və xoş tanışlıqlar gözlənilir. Bir çox insanlarda xoş təəssürat yaradacaqsınız və özünüz də ünsiyyət qurduğunuz insanlar barədə düzgün mülahizələr yürüdəcəksiniz. İntuisiyanız işgüzar əlaqələrdə sizə yardımçı olacaq.

Əkizlər - Ünsiyyət, tanışlıqlar, mövqeyinizi bölüşənlərlə görüşlər üçün əlverişli gündür. Səhər saatlarında müsbət bir atmosferdə olacaqsınız. Müsbət tendensiyaların təsiri altında yeni təcrübələr əldə edə biləcətyiniz insanları sizə tərəf yönəldəcək. Qeyri-adi dərəcədə istedadlı, görkəmli insanlarla rastlaşa bilərsiniz. Onlarla ünsiyyət gələcəkdə həyatınızı dəyişdirə bilən əlaqələrin qurulmasına səbəb ola bilər.

Diqqətli olmalısınız, ətrafınızda çoxlu proseslər cərəyəan edəcək, müşahidələrinizdən düzgün nəticə çıxarmaqla yeni cığırlar aça bilərsiniz.

Günortadan sonra işlərinizdə toparlanmaq, köhnə ideyaları həyata keçirməyə cəhd etmək üçün yaxşı vaxtdır. İnadkar olmalısınız. O halda maneələr qarşısında təslim olmayacaqsınız, can atdığınız hədəflərə doğru düzgün başlanğıc quracaqsınız.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - İstənilən vacib məsələ səhərlər daha yaxşı bir şəkildə müzakirə olunur. Bu zaman görüşlər üçün də əlverişlidir. Bu gün də səhər saatları sizin üçün ənənəvi atmosferi təmin edəcək.

Başqaları ilə yaxşı münasibətlər quracaqsınız, ümumiyyətlə, razılaşmaya gəlməkdə çətinlik çəkdiyiniz insanlarla da ortaq məxrəcə gələ biləcəksiniz. Ola bilsin ki, təsadüfi tanışlarınız və ya əvvəllər barəsində maraqlı bir şey eşitmədiyiniz insanlar da sizin üçün faydalı olan məlumatlar verəcəklər.

Günün qalan hissəsini təkbaşına hərəkət etmək lazım gələcək. Davamlı və israrlı hərəkət etsəniz, uğurlu bir gün quracaqsınız. Yeni bir işə başlamaq üçün yaxşı bir gündür.

Şir - Diqqətli və həssas olun; uğurlu bir gün üçün bu iki cəhət yetərli olacaq. Maraqlı iş təklifləri mümkündür. Əsas odur ki, anında dəyərləndirə biləsiniz.

Bəzi Şirlər uzun müddətdir can atdıqları bir layihədə iştirak etmək şansı qazanacaqlar. Təşəbbüsü ələ keçirməkdən çəkinməyin: uğurlu alınacaq və çoxları sizin həvəsinizi və inadkarlığınızı bəyənəcək.

Ətrafınızdakı insanlar istedadlarınızı və işgüzar keyfiyyətlərinizi qiymətləndirəcəklər. Vacib bir işlə əlaqəli vəziyyətlərdə risk etməməyə çalışın. İmkanlarınızı real qiymətləndirin, özünüzü supermen kimi hiss etməyə ehtiyac yoxdur.

İlk baxışdan sizdə yaxşı təəssürat yaratmayan adamlarla tanışlıq zamanı ehtiyatlı olun - belə tanışlıqların yaxın münasibətlərə çevrilməsinə imkan verməyin.

Qız bürcü Qız bürcü

Qız - Gün gərgin olsa da, kifayət qədər uğurludur. Kiçik çətinliklər mümkündür, amma şübhəsiz ki, bu problemlərin öhdəsindən çevik şəkildə gəlmək üçün bir yol tapacaqsınız. Bir çox Qızlar əvvəllər qazandıqları təcrübədən faydalanacaqlar. Bürc təmsilçilərinin səhvləri önləməsi onların özlərindən asılıdır - bütün vacib addımları iki dəfə düşünmək lazım gələcək.

İşgüzar əlaqələrin inkişaf tərzinə xüsusi olaraq diqqət yetirin; bu gün kimsə sizdən yararlanmağa cəhd edə bilər.

Uzun səyahətlərə tək getmək arzuolunmazdır: Yolda dumanlı düşüncələr üstünlük təşkil edəcək və pis əhval-ruhiyyədə qayıdacaqsınız. Yaxşı olar ki, günü evdə və ya ofisdə keçirəsəniz.

Tərəzi - Narahat, amma olduqca uğurlu bir gündür. Zərərə düşmək ehtimalınız var. Ancaq ciddi məsələ deyil. Sadəcə, kiçik və cansıxıcı bir zərər qanınızı qaralda bilər.

Başqaları ilə münasibətlər asan olmayacaq: Köhnə narazılıqlar və son zamanların kiçik fikir ayrılıqları yenidən araya girə bilər.

Axşam saatlarında harmoniya və qarşılıqlı anlaşma bərpa olunacaq, amma bundan əvvəl bir neçə xoşagəlməz vəziyyətlərdən çıxmalı olacaqsınız.

Yeni işlərə başlaya bilərsiniz, başqalarının tövsiyələrinə güvənmədən sağlam və soyuq düşüncə ilə hərəkət etsəniz, bütün problemlərin öhdəsindən gələcəksiniz. Çünki əvvəllər də belə çətinlikləri aşmısınız və təcrübəniz var.

Əqrəb bürcü Əqrəb bürcü

Əqrəb - Ünsiyyət üçün əlverişli bir gündür. Görüşlər müxtəlif səviyyələrdə yaxşı baş tutacaq. Yeni tanışların rəğbətini asanlıqla qazanacaqsınız və köhnə dostlarla da həmişəki kimi rahatlıqla dil tapacaqsınız.

Biznes məsələlərinin müzakirəsi çox səmərəli olacaq. Hər kəs üçün uyğun sayılan həll variantları tapacaqsınız. Gün sizə faydalı təcrübələr qazanmaq və ya məlumat əldə etmək şansı verəcək. Bunların sayəsində bəzi tanış problemlərə münasibətiniz dəyişəcək.

Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Həssaslıq və incəlik nümayiş etdirəcəksiniz, yaxınlarınız bunu yüksək qiymətləndirəcək və eyni şəkildə cavab verməyə çalışacaqlar.

Oxatan - Möhtəşəm bir gün olacaq. Sizi səmərəli, hadisələrlə zəngin və maraqlı bir gün gözləyir. Bəzi köhnə problemlər yenidən gündəminizi zəbt edə bilər, amma indi çox güman ki, onları həll etmək üçün lazım olan açarı tapacaqsınız.

Uzaqdan gələn yaxşı xəbərlər əhvalınızı yaxşılaşdıracaq. Gələcəyinizi dəyişmək gücündə olan gözlənilməz təkliflər də ala bilərsiniz. Bəzi Oxatanlar yeni bir gəlir mənbəyi tapacaqlar, sərfəli sövdələşmələr bağlayacaqlar.

Şəxsi münasibətlərdə diqqəti ailə məsələlərinə yönəltməyə çalışın. Bu gün yaxınlarınıza kömək edə, çətin vəziyyətdə olanlara dəstək verə biləcəksiniz.

Axşam saatlarında yaxşı xəbərlər almağınız mümkündür. Gözlənilməz hədiyyələrin edilməsi də mümkündür.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Günün ilk yarısı ünsiyyət üçün yaxşı vaxtdır. Bir çox insanlarla ortaq bir dil tapa biləcəksiniz, bəzən heç kimin əvvəllər dialoq apara bilmədiyi insanları da başa düşüb razı sala biləcəksiniz.

Perspektivli əməkdaşlıq barədə razılığa gəlmək, mənfəət vəd edən maraqlı sövdələşmələr bağlamaq kimi fürsətlərin ortaya çıxması istisna edilmir. Həm vəziyyəti, həm də imkanlarınızı düzgün qiymətləndirsəniz, bütün fürsətləri gerçəkliyə çevirə biləcəksiniz.

Günün ikinci yarısı toparlanma və dəqiqlik tələb edən sakit işlər üçün uğurlu vaxtdır. Sizi heç nə dayandrıra bilməyəcək, səhvlərə yol verməyəcəksiniz və qürurla ortaya qoya biləcəyiniz nəticələr əldə edəcəksiniz.

Dolça - Müsbət meyllər üstünlük təşkil edəcək və şikayət etmək üçün heç bir əsasınız olmayacaq. Gün köhnə əlaqələri bərpa etmək, əvvəllər birlikdə işlədiyiniz insanları xatırlamaq və onlarla görüşmək üçün əlverişlidir. Çoxları sizinlə söhbət etməkdən, təcrübə mübadiləsindən və gələcək planlarını müzakirə etməkdən məmnun olacaqlar.

Uzaqdan yaxşı xəbərlər, gözlənilməz dəvətlər ala bilərsiniz. Yeni yerləri ziyarət etmək fürsətini qaçırmayın, qısa bir səyahət də sizi ruhlandıracaq.

Elmi fəaliyyət sahəsində müvəffəqiyyət qazanmağınız da istisna deyil. İndi lazımlı ola biləcək hər şeyi tez bir zamanda qiymətləndirirsiniz.

Balıq bürcü Balıq bürcü

Balıq - Günün başlanğıcı çətin olacaq. Çox güman ki, bu vaxt eyni zamanda bir neçə problemlə qarşılaşmalı olacaqsınız və hər biri diqqət tələb edəcək. Bundan əlavə, uzun müddətdir davam edən bəzi fikir ayrılıqları daha da ağırlaşa bilər, pis niyyətli şəxslərin sizə zərər verməyə çalışmaları mümkündür. Beləliklə, diqqətli olmağınız tələb olunacaq.

Xoşbəxtlikdən günortadan sonra fərqli bir atmosfer yaranacaq və işləriniz tam qaydasına düşəcək. Günün ikinci yarısı sizə çoxlu şanslar vəd edir - fürsətlərdən yararlanın! İşdə və şəxsi münasibətlərdə təşəbbüs göstərməyə dəyər: Bu anlamda bütün cəhdləriniz uğurlu olacaq.

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
Son xəbərlər
Bütün xəbərlər »