Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı
Nikol Paşinyan və Vladimir Putin

Azərbaycanın Qarabağda Ermənistanı darmadağın etməsi hələ də xarici mətbuatda müzakirə olunur.

Rusiya saytları bu qəbildən yazılara daha çox yer verir. Bu dəfə Sergey Marjetski Ermənistanın məğlubiyyətindən bəhs edib.

Bizimyol.info xəbər verir ki, yazıda Türkiyə, İsrail dronlarının qüdrəti xüsusi qeyd olunub. Amma müəllifin fikrincə, təkcə bu amil Ermənistanın məğlubiyyətini şərtləndirə bilməz. Müəllif əvvəlcə bir neçə vacib nüansı fərqləndirərək sıralayıb.

Birincisi, Marjetski ona təəccüblənir ki, hələ 2020-ci ilin yayındakı əməliyyatların Ermənistan qüvvələrinin ciddi qücurlarının olduğunu göstərsə də, İrəvan həyəcan təbili çalmayıb.

İkincisi, vəziyyətin ən ağır dövründə də ümumi səfərbərlik elan olunmayıb. Müəllif bu yerdə Şuşa uğrunda lazımi dərəcədə mübarizə aparılmamasını da qeyd edib.

Üçüncüsü, Ermənistanın hələ Liviyada və Suriyada effektini göstərən Türkiyə dronlarından narahat olmaması təəccüb doğurur. Çünki Azərbaycanın Türkiyədən və İsraildən pilotsuz uçuş aparatları alması heç kimə sirr deyildi.

Nikol Paşinyan və Anna Akopyan Nikol Paşinyan və Anna Akopyan

Marjetski yazır ki, Nikol Paşinyanın komandası hakimiyyətə “küçədən” gəlmişdi. Onun guya xalqın içindən çıxaraq erməniləri belə rəzil günə qoyması və alçaldıcı təslimolma aktına imza atması heyrət yaratmaya bilməz. Müəllifin fikrincə, indi Ermənistan xalqı qəti qərara gəlməlidir.

Marjetski Ermənistanda Paşinyanın ünvanına səslənən ittihamlardan birinin üzərində də dayanıb. Baş nazir Qərbin, bir az da dəqiqləşdirsək, Sorosun namizədi sayılır. Ermənistanda onun bilərəkdən məğlubiyyətə getməsini düşünürlər. Guya Qarabağ probleminin həlli onun Qərblə münasibətlərini daha da yaxşılaşdırmalıydı.

Marjetski yazır ki, Paşinyan bu ağılsızlığa gedibsə, deməli, həm ölkəni, həm də özünü iflic edib. İndi Ermənistanı ağır iqtisadi durumdan çıxarmaq çox çətin olacaq.

Qızıl mədəni - Vejnəli Vejnəli qızıl mədəni

Məğlubiyyət həm də Zod qızıl yatağına nəzarətin böyük hissəsini Azərbaycana vermək deməkdir. Çünki yatağın yalnız 24 faizi Ermənistan ərazisində qalacaq. Oradakı qızıl ehtiyatının isə 120 ton olduğu bildirilir. İndiyə qədər burada Rusiyanın “GeoProMining” şirkəti işləyib. Şirkətin səhmlərinin 98.51 faizi sahibkar Roman Trotsenkoya məxsusdur.

Müəllif iddia edir ki, noyabrın 27-də Azərbaycan qüvvələri Zoda gələrək buranın xoşluqla tərk olunmasını istəyiblər. Həqiqətən də, həmin günlərdə Ermənistan mətbuatında belə materiallar dərc edilirdi. Bu isə Rusiyanın vergi ödəyiciləri siyahısında dördüncü yeri tutan “GeoProMining”in böyük yatağı, o cümlədən 120 ton qızıl çıxarmaq perspektivini itirmək deməkdir.

Kəlbəcər filiz yataqları Kəlbəcər filiz-qızıl yataqları

Zodda yeni oyunçu kimi “Anglo Asian Mining”in adı çəkilir. Bu şirkətin rəhbəri isə ABŞ Demokratlar Partiyasının üzdə olan isimlərindən Con Sununudur. Marjetski bu amilə xüsusi diqqət yetirməyi məsləhət görür.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »