Avropa qaz bazarında görünməmiş bahalaşmadan sonra qiymətlər əhəmiyyətli dərəcədə azalıb.
“Report” xəbər verir ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın fevral fyuçersi 12 fevral günü qeydə alınan 28,785 avro/mVt-saat kimi rekord qiymətdən sonra 32 faiz ucuzlaşaraq bu gün 19,65 avro/mVt-saatadək (254 USD/1000 kubmetr) geriləyib.
Bütövlükdə Avropa qaz bazarında yüksək dəyişkənlik müşahidə olunur. Belə ki, qiymətlər 19,65-28,8 avro/mVt-saat arasında dəyişir. Qiymətlərin azalmasında Yaponiya-Koreya bazarlarında LNG qiymətlərinin tarixi maksimumundan sonra azalması, habelə Avropada yanvar ayının ikinci yarısında və fevral ayında gözlənilən havaların isinməsi əsas rol oynayır.