Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriptovalyutaların təhlükəli olduğu bildirilir
Kriptovalyutaların təhlükəli olduğu bildirilir

Son günlər kriptovalyuta bazarının dəyişkənliyi və dələduzluq hallarının artması ilə bağlı daha ciddə nəzarətə alınmasının vacibliyi vurğulanır.

“Report”xəbər verir ki, ötən gün Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Kristin Laqard bitkoinin möhtəkirliyə çox məruz qalan aktiv olduğunu, çirkli pul yuyulmasında istifadə olunmasını qeyd edərək beynəlxalq miqyasda, bəlkə G7 və ya G20 səviyyəsində kriptovalyuta bazarının tənzimlənməsinə ehtiyac olduğunu irəli sürüb.

ECB rəhbəri həmçinin rəqəmli məkanda pul yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qabaqlayıcı tədbirlər hazırlayan Maliyyə Fəaliyyətlərini Tənzimləmə Qrupu (FATF) tərəfindən də kriptovalyutalara getdikcə daha çox diqqət yetirildiyini də dilə gətirib.

Həmçinin Böyük Britaniya Maliyyə İdarəçilik Qurumu (FCA) da kriptovalyutalara əsaslanan qanunsuz yatırım zəncirlərinin geniş vüsət aldığını qeyd edərək bu cür zəncirlərdə iştirak edən hər kəsin bütün pullarını itirə biləcəyinə hazır olmasını bildirib. Bir mənbənin sözlərinə görə, FCA kriptovalyutaların məzənnə dəyişkənliyi nəticəsində istehlakçıları maraqlandıraraq həmin aktivlərə yatırımların artmasına səbəb olacağından narahatdır.

Qeyd edək ki, ötən il ərzində 4 dəfədən çox bahalaşaraq yanvarın əvvəlində 40 min ABŞ dollarını “görən” bitkoin daha sonra müəmmalı səbəbdən 17 faiz ucuzlaşıb. Bu cür dəyişkənlik bir çox böyük sərmayə təsisatlarını perikdirir.

Xatırladaq ki, bu həftə Almaniya prokurorluğu kriptovalyutalarla ödənişlərin aparıldığı dünyanın ən böyük qanunsuz onlayn alış-veriş portalı “Dark Market”i bağlamışdı.

Son xəbərlər
Bütün xəbərlər »