Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın almaq istədiyi Çin peyvəndi özünü doğrultmur
Vaksin - peyvənd

Bəşəriyyət bir ildən çoxdur koronavirusdan əziyyət çəkir. Virusa yoluxanların sayı 100 milyon nəfərə yaxınlaşır. Böyük dövlətlər belə, infeksiya ilə mübarizədə yetərincə inamlı görünmür. Hamı ümidini vaksinləşməyə bağlayıb. Burada da dünya əhalisi narahat görünür. Çünki hər peyvəndə güvənmək olmur. Məsələn, Çinin təklifləri cəlbedici təsir bağışlamır.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda Çin vaksinin istifadəsi gözlənilir. TƏBİB rəsmiləri daha çox “SinoVac BioTech” şirkətinin məhsulu sayılan “CoronaVac”ın adını çəkir. Məsələ ondadır ki, bu Çin məhsuluna dünyada etimad böyük deyil.

“Reuters” “CoronaVac” ilə bağlı araşdırma aparıb. İnformasiya agentliyi Çin məhsulunun nə qədər effektli olmasını müəyyənləşdirməyə çalışıb. Rəqəmlər nikbinliyə əsas vermir. Xüsusilə Braziliyada göstərici yaxşı olmayıb. Effektlilik cəmi 50.38 faiz olub. Halbuki ilkin proqnoz qənaətbəxş rəqəmin 78-dən aşağı olmayacağını bildirirdi. Bundan sonra Braziliyada vaksinə şübhə ilə yanaşmağa başlayıblar. San Paulu hökuməti şəffaflığın olmamasından şikayət edir. Ümumiyyətlə, Braziliyada analitiklər Çin vaksininin rəqibləri arasında ən aşağı effektliliklə fərqləndiyini bildirir.

Braziliyada indiyə qədər 8 min əyalətdə təxminən 13 min səhiyyə işçisi peyvənd prosesini keçib. Effektlilik göstəricisinin aşağı olması vaksinləşmənin sürətini azaldıb. Çin peyvəndi ilə bağlı qəti qərar bu şənbə veriləcək.

İndoneziyada “CoronaVac” peyvənd sınaqlarına 1600 nəfər cəlb olunub. Effektlilik yenə yüksək olmayıb (65 faiz).

Türkiyə də Çin məhsulu ilə vaksinləşməyə başlayıb. Səhiyyə naziri Fahrettin Koca ilk peyvəndin tətbiq edildiyi şəxs olub. O, nikbin danışıb. Ölkədə ümumilikdə sınaqlara 7 minə qədər könüllü qoşulub. 1322 nəfərin nəticələrinə əsaslanaraq effektliliyin 91.25 faiz olduğu bildirilir.

Şərqi İngiltərə Universitetinin professoru Pol Hanterin fikrincə, iki peyvənd arasındakı məsafənin azlığı effektliliyə yaxşı göstərmir. Başqa mütəxəssislər isə “CoronaVac”ın keyfiyyətinə şübhə ilə yanaşır. “SinoVac BioTech” şirkətindən hər ölkədə infeksiyanın fərqli xarakterlər ortaya qoymasını əsas göstəriblər.

Ən effektli vaksinləri “Pfizer-BionTech” və “Moderna” istehsal edir. TƏBİB bu məhsulların daşınmasının və saxlanmasının çətinliyindən danışır. Buna görə də Çin məhsuluna üstünlük verilir. Halbuki effektliliyin aşağı olması narahatlıq doğurmaya bilməz. Məsələn, “Pfizer-BionTech” və “Moderna”nın məhsullarının effektliliyi bir çox hallarda 95 faizə çatır. Böyük Britaniyanın “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birlikdə hazırladığı vaksin də çox yaxşı nəticə ortaya qoyur.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »