Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: “Azad olunmuş ərazilərdə inventarlaşma işləri davam edir"
Anar Kərimov

“Azad olunmuş ərazilərdə inventarlaşma işləri hələ də davam edir".

APA-nın məlumatına görə bunu ADA Universitetində keçirilən mətbuat konfransında Mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib: "Bu günə olan məlumata əsasən, 399 mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkar edilib. Eyni zamanda 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir".

Nazir hazırda əldə edilən məlumatların sistemləşdirildiyini vurğulayıb: "Hazırda nazirlikdə yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həmd də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur. Abidələrin bərpasına gəldikdə isə artıq təsnifatlandırma aparmışıq və təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan da təmizləndi, orada mina yoxdur, digər tərəfdən Şuşa mədəniyyətin paytaxtı elan edilib. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin dediyim kimi, həmin rayonlarda ilk növbədə minalardan tam təmizlənmə aparılmalıdır".

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »