Ermənistanın baş naziri Nikol Paşinyan “Respublika” partiyasının sədri Aram Sarkisyan və “Birləşmiş İşçi” partiyasının lideri Qurgen Arsenyanla ayrılıqda görüş keçirib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Görüşlər zamanı 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi, Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Paşinyan siyasi qüvvələrin nümayəndələrinin fikirlərini dinləyib.