Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiya günlərində maliyyə dəstəyi alan sahibkar işçini işdən çıxara bilməz
Manat - Maaş

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər və iqtisadi fəallığın azaldılması özəl sektora ciddi təsir göstərib. Azərbaycan hökuməti neqativ təsirlərin minimallaşdırılması və sahibkarların bu çətin durumda daha geniş dəstəklənməsi məqsədilə mühüm addımlar atıb.

Bu, ilk növbədə, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi şəklində özünü göstərib. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən 215 milyon manat, fərdi və mikro sahibkarlara göstərilən maliyyə dəstəyi çərçivəsində isə 80 milyon manat, ümumilikdə 295 milyon manat vəsait ayrılıb.

İkinci dəfə maliyyə dəstəyi almaq hüququndan bütövlükdə 50 minədək fərdi sahibkar faydalanıb. Bəs sahibkarlar üçün hazırlanmış maliyyə dəstəyinə nəzarət necə həyata keçirilir? Axı bu müəyyən mənimsəmələrə də yol aça bilər, işçiyə əmək haqqı təyinatı üzrə çatdrılmaya bilər.

İqtisadı Tariyel Baxşiyev bildirib ki, pandemiya dönəmində bu kimi faktların baş verməməsi üçün Vergilər Nazirliyi mütamadi olaraq monitorinqlər keçirib.

“Kiçik sahibkarlıq subyektləri əmək haqqını nağd şəkildə verirsə, işçi problem yaşayır.Buna görə əmək müqaviləsinin bağlanması vacibdir. Maaşların nağd şəkildə verilməsi həm də mənimsəmələrə də yol aça bilir. Sahibkar işçiyə əmək haqqını təyinatı üzrə çatdırmaya bilər. Bununla bağlı fakt varsa müvafiq orqanlara şikayət edilməlidir. Mütləq araşdırılma aparılacaqı. Vəsaitin köçürülməsində mənimsəmə faktlarına nəzarəti Vergilər Nazirliyi tərəfindən həyata həyata keçirir. Əlbəttə sahibkarlar birtərəfli qaydada işçiylə müqaviləyə xitam verə bilər. Lakin pandemiya günlərində işçiyə görə maliyyə dəstəyi alan sahibkar işçini azad edə bilməz. Vergi ödəyicisi çalışmalıdır ki, ixtisarlara yol verməsin. Əks halda vergi orqanları profilaktik tədbirlər həyata keçirir monitorinqlər aparır. Qeyd edim ki, pandemiya dövründə əmək müqavilələrinin sayında artım olub. Iş yerlərinin rəsmi şəkildə fəaliyyət göstərməsi önəmlidir. Çünki icazələrin alınması vacib idi. İşçilərin adlarının portala salınması qeyri-formal iş yerlərinin azaldılmasına təkan verdi”.

İlhamə

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »