Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT sədri: "Dağlıq Qarabağda baş verənlər münaqişələr həll edilməyən zaman meydana çıxan riskləri açıq ortaya qoydu"
Ann Linde

"Bu gün Avropada vəziyyət İsveçin 1992-ci ildə ATƏT-ə sədrlik etdiyi dövrdən çox fərqlidir."

APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan yeni sədri, İsveçin xarici işlər naziri, xanım Ann Linde ölkəsinin təşkilata sədrlik edəcəyi dövrdəki prioritetlərini açıqlayarkən deyib.

O bildirib ki, müasir dövrdə iqlim dəyişikliyindən kibertəhlükəsizlik, pandemiyaya qədər yeni çağırışlar, böhranlar və təhdidlər meydana çıxıb: “Lakin ATƏT-in və ona üzv ölkələrin öhdəlikləri toxunulmaz olaraq qalır. İsveç əmindir ki, çoxtərəfli əməkdaşlıq ümumi problemlərimizi həll etməyin ən yaxşı yoludur. ATƏT-ə sədrlik vəzifəsini məhz bu düşüncə və təcrübə ilə öz üzərimizə götürürük.

ATƏT-in real dəyişikliklər edə bilməsi, prinsiplərini müdafiə etməsi üçün öz üzərimə düşəni edəcəyəm. Bunu bütün iştirakçı dövlətləri təmsil edən vicdanlı vasitəçi olaraq edəcəyəm və ümumi razılaşdırılmış prinsiplərimizin pozulmasına aşkar etməkdən çəkinməyəcəyəm".

A. Linde çıxışında deyib ki, İsveçin 2021-ci ildə ATƏT-ə sədrliyi dövründə əsas prioriteti regiondakı münaqişələrin həllinə töhfə verməkdir. "Münaqişələrin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər qəbuledilməzdir. Regionumuzdakı münaqişələrin həlli gündəliyimizin əsasını təşkil edir. Biz hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləyərək münaqişələri həll etməyə, gələcək böhranlardan çəkinməyə çalışacağıq. Siyasi və iqtisadi təhlükəsizlik, insan haqları, demokratiya, qanunun aliliyi, bərabərlik - bütün bunlar bir-biri ilə bağlıdır.

Münaqişələrin həlli ATƏT-ə sədrlik edəcək İsveç üçün güclü prioritetdir. Dağlıq Qarabağda və onun ətrafında silahlı münaqişənin baş verməsi, ağır insani tələfat, insanların əziyyət çəkməsi, münaqişələrin həll edilmədiyi zaman meydana çıxan riskləri açıq şəkildə ortaya qoydu", - deyə İsveçin xarici işlər naziri vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri əlavə edib ki, münaqişə hələ tamamilə aradan qalxmayıb və belə olan halda ATƏT münaqişənin həllinə töhfə verə bilər: "Biz ATƏT-in Minsk Qrupunu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini dəstəkləyəcəyik".

A. Linde ATƏT regionundakı digər münaqişələrə də toxunub və bu münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyini vurğulayıb.

"İndi sədr kimi rolum etimadı və təhlükəsizliyi artıra biləcək addımları dəstəkləmək və bu addımların atılmasına imkan yaratmaq olacaq. Bunu edərkən heç bir maneə yaratmayacağam. Söhbət öhdəliklərimizdən, təhlükəsizliyimizdən və ATƏT-dən gedir", - deyə A. Linde bildirib.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »